adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
07 May 2019 14:36
11891
ƏDƏBİYYAT

Taleyin tərs üzü

Hekayə

Arı pətəyinə bənzəyən cadır duşərgəsinin uzərinəqərib bir axşam duşurdu. Yavaş-yavaş yoldan -irizdən əl-ayaq yığışırdı. Bu balaca cadırlarerməni işğalı nəticəsində yurd yerlərindən,evlərindən didərgin düşən adamların umid yerinə, pənahına cevrilmişdi.Qarabağ muharibəsindən qurtulub sağ qalan insanların nəzərində həmin cadırlardoğrudan da nicat işığı kimi qiymətli bir şey idi. Bərdə ərazisində,ilan mələyəndüzlərdə üç belə çadır düşərgəsisalınmışdı.

Ancaq,hərcadırlar özu boyda bir kədər, bir qəm oylağıidi. Bu cadırlarda yaşayan ailələrin demək olar ki, hər biri elan olunmamışmuharibədə fiziki və maddi itkivermişdi. Ona görədə axşam duşən kimi həmin cadırlar elə bil inildəyirdi, budilsiz- ağızsız cadırlar ah naləyə dözə bilmir,göz yaşlarından islanırdı. Buradan, elə bil göy uzundəki ayın uzərinə də kölgə duşurdu.

Elanolunmamış muharibə isə davam edir, hər gun cəbhədən qara xəbərlər gəlirdi.

Sadaycavan yaşında sağ qolunu elə bu muharibədəitirmişdi. Bir əlin umuduna qalan Saday qolunu itirdiyinə görə peşimanoimamışdı, hər dəfə söhbət duşəndə deyirdi ki, bir qolum yox ey, canım buVətənə qurban olsun. Özünə kişi deyənintorpağı işğal altında qala bilməz.Bizim kolanı ellərində təkcə bir balaca kənddənqırx iki nəfər döyüşlərdə həlak olub. Üç nəfər isə itkin düşüb.Bu torpaqlarhamınındır. Elə rayon var ki,oradan heç on nəfər şəhid olmayıb. Belə müharibəolar?

Sadaybir siqaret yandıraraq tüstünü hirslə ciyərlərinə çəkərək onun başına toplaşmışadamlara dedi:

-Dədə,babamız gözü kölgəli,başı aşağı,xəcalətli yaşamayıb.İndi bizə nə olub?Yardımüstündə bir birinizi qırırsınız,hələ bir kişilikdən də danışırsınız.Hamışahiddir ki,ilk gündən mən o yardımdan imtina etmişəm və onu gətirənlərə dədemişəm ki,bunlar mənə lazım deyil. Torpağımı,evimi qaytarın.

Saday bu sözləri yana-yana desə də cox adamonun dediyinə istehza ilə yanaşır və öz aralarında deyirdilər ki,ə, bunun başıxarab olub.Gəlin gedək yardım davamızı eliyək. Guya, Sadaya canları yandığındandeyirdilər ki,beş altı gündən sonra aclıq onu yardım növbəsinə gətirəcək,yaxudda, elə aclıqdan bu çadırların arasında gəbərib öləcək.Yazıq onun arvaduşağının halına.

Həmin günün axşamı Sadaygilin cadırına səssizlik cökmüşdü. Saday gözaltı baxdı ki,arvadı Səltənətin üz-gözündə qəm-kədər yuva qurub,gözyaşları üzündə iz buraxıb. Səltənət nimdaş paltarının süzülmüş yerlərinisığallayır və sanki ciddi-səhdlə həmin süzülən yerləri əllərinin hərarəti iləörtmək istəyirdi.Saday başını yerə dikdi,gözləribir nöqtəyə ilişib qaldı.Uşaqlar isə hər şeydən xəbərsiz yatmışdılar.

Səltənətbayaqdan Sadaydan gizlətdiyi göz yaşlarını saxlaya bilmədi və eləcə hıçqıraraqdedi:

- AySaday, indi neyləyək?İki gündən sonra məktəb açılır,Alxanın ayaqqabısıyoxdur,heç bilmirəm tifil neyləyəcək?Bacıları heç olmasa keçən ilkiayaqqabılarını sahmana salıb geyinəcəklər.Elə bir dəyərli şeydə qalmayıb,sənqospitalda yatanda olan qalanı satıb sənin dərmanlarına vermişəm.Allah haqqı,səndəngizlin iki-üç gündür ki,Bərdəyə ayaq döyərək iş axtarıram.Camaat özhayındadır,hərə bir tərəfə üz tutub,bu Allah vurmuş müharibə də qurtarmaqbilmir.

Saday Səltənətətəsəlli verə bimədi və dərindən köks ötürərək lal dinməz dayandı.Amma Sadayhiss etdi ki, müharibədə itirdiyi qolunun yeri bərk sızıldayır və həmin o qəddarsızıltı ürəyinin başına köz kimi yapışıb.

Saday səhəridirigözlü açdı.Çadır düşərgəsinin yaxınlığından keçən magistiral yola çıxdı.Heçnəyə gümanı olmasa da piyada yola düzəldi və Günəş dan yerindən bir barmaq boyuqalxanda şəhərdəki köhnə univermağın qarşısına çatdı.İşsizlərin,imkansızların,köçkünlərinçoxu buranı Qul bazarına çevirmişdilər.Günortaya qədər qul bazarı seyrəlməyəbaşladı.

Sübhtezdən ayaq üstə dayanan Saday hiss etdiki altı yamaqlı ayaqqabısının içindəayaqları şişib.Taqətsiz halda səkinin qırağında oturdu.Aclıqda bir tərəfdənonun ürəyini üzürdü.Nigarançılıq da bir tərəfdən, Bir qolu olmayan adamı kim işə aparardı?!.Yeganə ümidi olan sol əliilə dizini ovuşdurur və ürəyində öz taleyinə asi düşmüşdü.

Yadınaacı bir xatirə düşdü.Atasının üzərinə şər ataraq onu həbs etdirmişdilər.Böyükqardaşı onda sovet ordusunda hərbi xidmətdə idi.Saday hələ uşaq idi və əli-qoluçox kövrək olduğu üçün işləyə bilmirdi.Anası xəstə düşmüşdü.Çox kasıb yaşayırdılar,Sadaygünlərlə ac qalırdı.

Bir günaxşamüstü Saday aclığa tab gətirməyərək ağlamağa başladı.Anası məcbur qalıb,onukəndin ayağında yaşayan xalasıgilə çörəkdalınca göndərdi.Kəndin itlərindən qorxsada ayrı çarəsi yoxuydu. Getdi.

Para təndirçörəyini sinəsinə sıxaraq iti addımlarlageri qayıdan da qəfildən ayağı ilişdi və Saday üzü üstə yerəyıxıldı. Çörək əlindən düşdü.Elə buzaman yaxınlıqda dayanmış bir it çörəyi qaparaq qaçdı. Bir az o tərəfdə dayanmışiki-üç kişi gülməyə başladı.Sadayın əllərinin içi və dizlərinin gözüqanamışdı.Qanlı əlləri ilə göz yaşlarını sildikcə yanaqları aşağı qan axırdı...Sadayözünün çox köməksiz və yazıq olduğunuağrı ilə birlikdə dərindən hiss etdi.

Günortadanxeyli keçsədə Saday iş tapa bilməmişdi.Hamı çəkilib getmişdi.Hara gedəcəyinibilmirdi,çadıra nə üzlə qayıtsın? Ürəyinin başını xəncər kimi deşən fikir xəyalda bir yandan onu üzürdü. Elə bu zaman ona yaxınlaşan bir kişi salamsız-kəlamsızsoruşdu:

-Ə,burdasəndən başqa adam yoxdur?

-Yox .

Butosqun,üz-gözündən simiclik yağan kişi öz-özünə deyinməyə başladı:

-Bəs,mən bu quyunu kimə qazdırım?Belə darmacalda kimi tapım?!

Sadaysanki yuxudan ayıldı və tez dedi:

-Qardaş,mənölmüşəm ki,adam axtarırsan,gedib o quyunu qazaram.

Kişi çəp-çəpSadaya baxaraq dedi:

-Ayə,sənşikəst adamsan,quyu qaza bilməzsən.

Sadaytez dilləndi:

-Qardaş,şikəstliyiməbaxma, cəbhədə o qədər səngər qazmışam,heç narahat olub eləmə.

Görünürhəmin o quyu çox vacib olduğu üçün kişi Sadayı aparmağa məcbur oldu.Yolda şərtdə kəsdi:

-Baxqaza biməsən,sənə kor qəpikdə verməyəcəyəm.

Şərtindənrazı qalan kişi Sadaya dedi ki,üç metr quyunu qaza bilsən, sənə beş manat verəcəyəm.

Saday dedi:

-Qardaş,Allahhaqqı, çox ehtiyacım var, pulu bir azqaldır.Quyudan başqa da nə iş desən, görəcəyəm.Razılaşdılar.

Günəşdağların arxasına çəkiləndən sonra qaş qaralmağa başladı, axşam düşürdü. Sadayqan tər içində işləyirdi,elə bil ilahi, onun tək qoluna qüvvət vermişdi.Əli heydən düşəndə torpaq yığdığıvedrəni dişilərinin arasında bərk sıxaraq daşıyırdı.Lap taqətdən düşəndə Saday torpaqdolu vedrəni sürünə-sürünə itələyib aparmağabaşladı. Bütün gecəni işlədi. Dan yeri qızaranda ev sahibinin dediyi ölçüyə lapaz qalmışdı.

Günorta işini qurtardı.Tək qolu zoqquldayırdı, dünəndənac olduğununi da indi hiss etdi. Ev sahibi Sadayın qoçaqlığını görəndən sonra həyətqapısının yanına tökülmüş mişar daşlarını da daşımağı tapşırdı.

Sadayenli bir dəmir parçası tapdı və çətinliklə olsa da onun bir qırağın deşərəkora ip bağladı. Sonra mişar daşlarını təkəlli itələyərək onun üstünə yığaraq daşımağa başladı.Bu işi də qurtarandaSadayın krəyinin arasıyla tər seli axırdı.

Evsahibi yaxşı işlədiyinə görə Sadaya iyirmi manat pul verdi.Axşam düşsədəmağazaların çoxu işləyirdi.Saday səkkiz manata oğluna bir cüt ayaqqabıaldı,qalan puluna da,beş ədəd zavod çörəyi, yarım kilo mal əti alaraq zənbilinəyığdı. Çadır düşərgəsinə qayıtmaq üçün saxladığı yol pulunu da verərək Səltənətin ən çox sevdiyi"Düşes”limonadından bir şüşə aldı və payi-piyada düşərgəyə tərəf getdi.

Çadırdüşərgəsinə çatanda artıq gecəyarıdan keçmişdi. Həmin gecəni nə Saday,nədəki Səltənətçimir eləmədilər.Səhər Alxana təzə ayaqqabı geyindirib məktəbə yolasaldılar.Bir cüt ayaqqabı bu ailəyə sonsuz sevinc gətirmişdi...

Uşaqlarməktəbə gedəndən sonra Səltənət Sadayın tək qolunu öpüb oxşayaraq hönkü-hönkürağlayırdı...

Salman Alıoğlu