Taleh Kazımov onu özünə müşavir təyin etdi
Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov özünə daha bir müşavir təyin edib.
Adalet.az AMB-yə istinadən xəbər verir ki, bu, Namiq Nağdəliyevdir.
N.Nağdəliyev 2001-ci ildə "Atlantbank"da xəzinədar vəzifəsi ilə peşəkar karyerasına başlayıb, 2005-2007-ci illərdə İqtisadi İnkişaf Nazirliyinin İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunda elmi işçi, 2007-2008-ci illərdə "Kapital Bank" ASC-də Sənədli əməliyyatlar departamentində aparıcı mütəxəssis vəzifələrində çalışıb, 2008-ci ildə Azərbaycan Respublikası Mərkəzi Bankında peşəkar karyerasına Pul siyasəti departamentində kiçik iqtisadçı vəzifəsində başlayıb, daha sonra həmin departamentdə iqtisadçı, aparıcı iqtisadçı, böyük iqtisadçı, Pul və məzənnə siyasəti şöbəsinin rəisi vəzifələrinə yüksəlib. 2018-2020-ci illərdə Dünya Bankının icraçı direktorunun müşaviri, 2021-2022-ci illərdə Mərkəzi Bankda Sədrin ofisinin rəhbəri, 2022-ci ilin avqust-sentyabr aylarında isə sədrin müşaviri vəzifələrində fəaliyyətini davam etdirib. O, 2022-2025-ci illərdə Dünya Bankının icraçı direktorunun müşaviri vəzifəsində çalışıb.
Yeni təyinatla AMB sədrinin müşavirlərinin sayı 6-ya çatıb.
Digər Xəbərlər
10 Iyul 2026 11:37
Hesablama Palatasına yeni səlahiyyətlər verildi
10 Iyul 2026 11:35
Bu məhsullar gömrük rüsumundan azad edilir
10 Iyul 2026 10:22
“Azeri Light” ucuzlaşdı
10 Iyul 2026 10:19
Azərbaycan Ermənistana 434 min avro ödəyib
09 Iyul 2026 10:27
“Bu, həcmi 100 milyard dolları ötmüş maliyyələşmə modelidir...”
09 Iyul 2026 10:03
AZINCLOUD ilə biznesinizi bulud mühitinə köçürün!
08 Iyul 2026 10:53
Azərbaycanda avro ucuzlaşdı
08 Iyul 2026 09:47


Bakı -°C

