Talassemiya Mərkəzi ilə bağlı yeni QƏRAR
Nazirlər Kabineti Azərbaycan Səhiyyə Nazirliyinin Respublika Talassemiya Mərkəzi haqqında qərar qəbul edib.
Adalet.az-ın məlumatına görə, Nazirlər Kabineti Səhiyyə Nazirliyinin Maliyyə Nazirliyi ilə razılaşdırılmış təklifini nəzərə alaraq qərara alıb ki, Talassemiya Mərkəzinin saxlanılması xərcləri 2018-ci ildən etibarən dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərində ayrıca sətirlə nəzərdə tutulsun.
Maliyyə və Səhiyyə nazirliklərinə bu qərardan irəli gələn məsələləri həll etmək tapşırılıb.
Bu qərar 2018-ci il yanvarın 1-dən qüvvəyə minir.
Digər Xəbərlər
27 Aprel 2024 17:15