“Taksi fəaliyyətiylə bağlı bu sahədə dərəbəylikdir...”- Ekspert
“Azərbaycanda faktiki olaraq 80 min civarında taksi sürücüsü var. Təkcə Bakı şəhərində ehtimal olunur ki, 60-70 min taksi sürücüsü fəaliyyət göstərir. Ona görə bu cür neqativ halları ümumiləşdirib hamıya şamil etmək doğru deyil. Taksi sürücülərinin içində kifayət qədər peşəkar, əxlaqı, mədəniyyəti öz yerində olan adamlar var”
Bunu Adalet.az-a açıqlamasında hüquqşunas, nəqliyyat üzrə ekspert Ərşad Hüseynov deyib. Ekspert taksi sürücülərinin qeyri-etik hərəkətlərinin baş verməsində müvafiq qurumların da təqsirkar olduğunu bildirib:
“Təbii ki, səksən min taksi sürücüsünün içində arzuolunmaz faktlar varsa, bu özü də pis şeydir. Qaldı ki, bu cür neqativ halların olmaması üçün taksi sürücülərinə dair tələblər var və onlar da ciddi sürətdə tətbiq olunmalıdır. Həmin tələblər isə ondan ibarətdir ki, taksi sürücüsü xüsusi hazırlıq keçmədən fəaliyyətə buraxılmamalıdır. Bu ondan ibarətdir ki, sürücü işləyəcəyi şəhəri tanımalıdır, yol hərəklətinin təhlükəsizliyini bilməlidir və sərnişinlərlə etik qaydaları öyrədilir. Bundan sonra taksi fəaliyyəti ilə məşğul olarkən bunlardan mütləq tibbi arayış tələb olunmalıdır. Tibbi müayinədən keçəndə onun səhhətində olan problemlər aşkar oluna bilər. Onda da həmin adam taksi sürücüsü kimi fəaliyyətə buraxılmamalıdır. Bundan sonra da gündəlik fəaliyyətə nəzarət olmalıdır ki, bu cür faktların qarşısı alınsın. İndi isə bu sahədə dərəbəylikdir. Taksi xidmətiylə bağlı bu sahəyə heç bir dövlət nəzarəti yoxdur. Burda birinci növbədə sürücülərin üstünə düşmək düzgün deyil, çünki günahkar dövlər qurumlarıdır və onlar indiyə qədər bu sistemi qurmayıblar”.
Qeyd edək ki, Bakıda narkotik maddənin təsiri altında yetkinlik yaşına çatmayan müştəriyə qeyri-etik təkliflər edən taksi sürücüsü həbs edilib.
Vasif Əlihüseyn
Digər Xəbərlər
31 Mart 2026 17:40
Dəmiryol vağzallarında elektron siqaretlərdən istifadə edənlər cərimələnəcək
31 Mart 2026 17:35
Sabahdan balıq ovu qadağan edilir
31 Mart 2026 14:51
Bayram günlərində 200 000-dən çox sərnişin daşınıb
31 Mart 2026 11:53
Əmək müqaviləsi olanların 55 faizi Bakıda işləyir
31 Mart 2026 11:03
Qəbir yerləri sakinlərə pulla satılır? - İDDİA
31 Mart 2026 09:51
Bəzi dağlıq ərazilərə qar yağır - FAKTİKİ HAVA
30 Mart 2026 13:16
Güclü yağışdan sonra paytaxtda genişmiqyaslı daxili iməcilik keçirildi - FOTOLAR
28 Mart 2026 23:56


Bakı -°C

