Tahir Gözel: “Bu qələbəni cənab İlham Əliyevə həsr edirik”

Çempionlar Liqasının Liqa mərhələsinin ilk turunda “Benfika”ya qalib gələn “Qarabağ” bu qələbəni Azərbaycan Prezidenti İlham Əliyevə həsr edib.
Adalet.az QOL.az-a istinadən xəbər verir ki, bunu "Qarabağ"ın rəsmi saytımıza açıqlamasında klub prezidenti Tahir Gözel açıqlayıb.
O bildirib ki, Azərbaycan futbolu tarixinə Çempionlar Liqasının əsas mərhələsində əldə olunan ilk qələbə kimi düşən bu oyun ölkə başçısına həsr edilir: “Bu qələbəni Qarabağın fatehi, tarixi şəxsiyyət, xalqın böyük və dahi rəhbəri, Ali Baş Komandan cənab İlham Əliyevə həsr edirik”.
Qeyd edək ki, “Qarabağ” Portuqaliyadakı qarşılaşmada 0:2 hesabı ilə geri düşsə də, üç qol vuraraq əzmkar qələbə qazanıb – 3:2. Bu, Azərbaycan klublarının Çempionlar Liqasının əsas mərhələlərində ilk qələbəsi olub.
Digər Xəbərlər

İlham Əliyev "Qarabağı" təbrik etdi

Yankoviçin vəziyyəti açıqlandı

"İndi qələbənin dadını çıxarmaq istəyirik" - Elvin Cəfərquliyev

"Qarabağ" Vətənə qayıtdı - VİDEO

Türkiyə mediası “Qarabağ”ı yenə o cür təqdim etdi - FOTO

Aqil Abbas: “Qurban elə sistem qurdu ki, Portuqaliya quruda qaldı”

"Qarabağ"a məğlubiyyətdən sonra istefaya göndərildi
