"İndi qələbənin dadını çıxarmaq istəyirik" - Elvin Cəfərquliyev

"Tarixi qələbə oldu".
Adalet.az xəbər verir ki, bu sözləri "Qarabağ" komandasının futbolçusu Elvin Cəfərquliyev UEFA Çempionlar Liqasının əsas mərhələsində “Benfika”ya (Portuqaliya) 3:2 hesabı ilə qalib gəldikləri I tur oyunu barədə danışarkən deyib.
O, nəticəyə görə xoşbəxt olduğunu bildirib: "Hazırda sözlərimi ifadə etmək çətindir. Möhtəşəm oyun idi. İndi qələbənin dadını çıxarmaq istəyirik".
Qeyd edək ki, “Qarabağ” Liqa mərhələsində növbəti oyununu oktyabrın 1-də Bakıda Danimarkanın “Kopenhagen” komandasına qarşı keçirəcək.
Digər Xəbərlər

İlham Əliyev "Qarabağı" təbrik etdi

Yankoviçin vəziyyəti açıqlandı

"Qarabağ" Vətənə qayıtdı - VİDEO

Tahir Gözel: “Bu qələbəni cənab İlham Əliyevə həsr edirik”

Türkiyə mediası “Qarabağ”ı yenə o cür təqdim etdi - FOTO

Aqil Abbas: “Qurban elə sistem qurdu ki, Portuqaliya quruda qaldı”

"Qarabağ"a məğlubiyyətdən sonra istefaya göndərildi
