adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
25 Oktyabr 2016 15:25
12385
MƏMLƏKƏT

Tahir Əmiraslanov, qadanı alaram və yaxud İndoneziya dolması

Bəli,deyirik ki, dolma bizim millətə məxsusdur. Çox gözəl və Abşeronda möhtəşəm birdolma festivalı keçirtdik. Dünyadan da töküldülər gəldilər bu festivala vəfestivalın da qalibi indoneziyalılar oldu. Heç demə, bizim bu milli dolmamızıindoneziyalılar bizdən yaxşı bişirirmiş. Həmin gündən bərk dilxoram.

HörmətliTahir müəllim (Tahir müəllimi təqdim etməyə ehtiyac yoxdur), qadanı alım, növbətidəfə dolma festivalı keçirəndə əvvəlcədənmənə də xəbər elə. Mənim bir nənəm var, özü də qədim xanımlardandı, yeddiqat tumangeyinənlərdəndi. Onu gətirim festivala, bir iyirmi cürə dolma bişirsin ki, beşbarmağının beşini də yala. Həm çempion özümüz olaq, həm də nənəm qaçqın adamdı,beş-on manat irəli düşsün.

İphone7 almaq istəyir. Mənə neçə dəfə deyib, qorxuram ki, cavanlıq şəkilin qoyar,bizi biabır edər. Ona görə almıram. Alırsa, qoy özü alsın, günah məndən getsin.