Tahir Budaqov Çinin Azərbaycandakı səfiri ilə görüşüb
Avqustun 14-də Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Aparatında YAP Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov ilə Çin Xalq Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Lu Mey arasında görüş keçirilib.
Adalet.az bu barədə Partiyanın mətbuat xidmətinə istinadla xəbər verir.
Məlumatda bildirilib ki, görüşdə Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev ilə Çin Xalq Respublikasının Sədri, Çin Kommunist Partiyasının Baş katibi Si Cinpinin birgə fəaliyyəti sayəsində iki ölkə arasında əlaqələrin yüksək inkişaf səviyyəsinə çatdığı qeyd olunub. Prezident İlham Əliyevin cari ilin aprel ayında bu ölkəyə rəsmi dövlət səfəri çərçivəsində Pekində “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat”ın imzalanmasının əlamətdar hadisə olduğu və gələcək əməkdaşlıq üçün geniş imkanlar yaratdığı xüsusi vurğulanıb.
Həmçinin, iki ölkənin həm ikitərəfli qaydada, həm də beynəlxalq müstəvidə uğurlu əməkdaşlığının təsdiqi olaraq Çinin “Bir kəmər, bir yol” təşəbbüsünü dəstəkləyən ilk ölkələrdən biri olan Azərbaycanın tranzit imkanlarının Orta Dəhlizin inkişafına töhfə verdiyi, eləcə də Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatı ilə əlaqələrinin genişləndirilməsinin rəsmi Pekin tərəfindən dəstəkləndiyi diqqətə çatdırılıb.
Bundan əlavə, görüş zamanı Yeni Azərbaycan Partiyası ilə Çin Kommunist Partiyası arasında əlaqələrin sürətli inkişafından, fəal siyasi dialoq və təcrübə mübadiləsinə önəmli töhfə verən qarşılıqlı səfərlərin intensiv xarakter almasından məmnunluq ifadə olunub, ötən ilin noyabrında YAP nümayəndə heyətinin Çinə səfəri zamanı iki partiya arasında imzalanmış əməkdaşlıq memorandumundan irəli gələn vəzifələrin uğurla icra edildiyi bildirilib.
Görüşdə cari ildə nəzərdə tutulan tədbirlər və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Digər Xəbərlər
25 Mart 2026 20:19
"Ermənistan və Azərbaycan arasında sülh artıq öz etibarlılığını sübut edib" - Mirzoyan
25 Mart 2026 18:11
Sahibə Qafarova ilə görüşdə Azərbaycana təşəkkür etdi - FOTOLAR
25 Mart 2026 11:37
İlham Əliyev yunanıstanlı həmkarını təbrik etdi
25 Mart 2026 11:01
“Müharibənin daha üç il davam etməsi silah-sursat qıtlığına səbəb olacaq”
25 Mart 2026 10:07
“ABŞ-nin Tehranda dəyişə bilmədiyi rejimlə əməkdaşlığı təəcüblü deyil...”
25 Mart 2026 10:05
“İsrailin İrana qarşı müharibəsi davam etsə də...” – Politoloq
24 Mart 2026 15:41
Sahibə Qafarova Çinə səfər etdi - FOTO
24 Mart 2026 10:11


Bakı -°C

