Tağıyevin heykəlinin açılışı koronavirusa görə təxirə salındı
"Hacı Zeynalabdin Tağıyevin heykəlinin açılışı mart ayında baş tutmayacaq”
Bunu Azvision.az -a açıqlamasında heykəlin müəllifi, Xalq rəssamı Xanlar Əhmədov deyib. Onun sözlərinə görə, açılış mərasimi mart ayında nəzərdə tutulsa da, koronavirusla əlaqədar təxirə salınıb.
"Məndə olan məlumata görə, heykəlin təqdimatı növbəti aylarda baş tutacaq. Ölkədə koronavirusla bağlı bəzi kütləvi tədbirlər ləğv olunub. Bu səbəbdən heykəlin açılışı da təxirə salınıb. Böyük ehtimalla təqdimat mərasimi aprel və may aylarında keçiriləcək”.
Qeyd edək ki, Hacı Zeynalabdin Tağıyevin heykəli "İçərişəhər" metrostansiyası yaxınlığındakı meydançada (İstiqlaliyyət küçəsi) ucaldılacaq.
Digər Xəbərlər
04 May 2024 14:52
COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclasında mühüm məsələlər müzakirə olunub
04 May 2024 14:08Yol polisindən qaydaları pozan tanınmışlara müraciət
04 May 2024 13:36Azərbaycanda şirkət və müəssisələrə məşhur sistemlə bağlı XƏBƏRDARLIQ
03 May 2024 23:14Sərhədimizdəki bu kənd minalardan təmizləndi, yol açıldı
03 May 2024 21:57