“Tağıyevin heykəli üçün təklif etdiyim yerlərə baxış keçirilir” - Bəhram Bağırzadə
"Prezident İlham Əliyevin mədəniyyət və incəsənət xadimləri ilə görüşündə ölkə başçısından Bakı şəhərində Hacı Zeynalabdin Tağıyevin heykəli ucaldılmasını sadəcə xahiş etdim. Çıxışımdan sonra dərhal dəstək aldım və təklif qəbul edildi. Hazırda heykəl üçün təklif etdiyim bir neçə yerə baxış keçirilir”.
Adalet.az xəbər verir ki, bunu "Report”a açıqlamasında əməkdar artist Bəhram Bağırzadə deyib.
O bildirib ki, daha sonra Azərbaycanın Birinci-vitse prezidenti Mehriban Əliyeva ilə Heydər Əliyev Fondunda konstruktiv görüş oldu: "Orada da öz təkliflərimi irəli sürdüm. Ölkə başçısı ilə görüşdə uşaqlıq arzumu səsləndirmişdim və həmin an emosional olaraq bir yer təklif etmişdim. Halbuki paytaxtın bir neçə yerində heykəl qoyulması mümkün idi. Mehriban xanım Əliyeva ilə görüşdə ətraflı müzakirə aparıldı. Artıq bir neçə yer təklif etmişəm və hazırda həmin yerlərə baxılır, üzərində iş gedir. Heykəltəraşlar arasında müsabiqənin elan ediləcək və onlar öz işlərini təqdim edəcəklər. Komissiya yaradılacaq, ən yaxşı iş seçiləcək. Müsabiqədə tələbələrdən tutmuş ən tanınmış peşəkarlara qədər hər kəs iştirak edə biləcək. Əlimdə olsaydı beynəlxalq müsabiqə təşkil edərdim ki, xarici heykəltaraşlar da ölkəmizin tanıdılması istiqamətində töhfə vermiş olacaqlar”.
Digər Xəbərlər
01 May 2024 11:14
Bakı Xoreoqrafiya Akademiyası buraxılış-hesabat konserti keçirib
01 May 2024 11:12Aktrisa: “Dedilər ki, teatr aktyoru olma”
29 Aprel 2024 14:57İstanbul Su Yolu üzərində memarlıq möcüzələri: İkonik Boğaziçi malikanələrini kəşf edin!
29 Aprel 2024 12:31Azərbaycanda ilk dəfə Milli Xalça Festivalı keçiriləcək
29 Aprel 2024 11:52