21 May 2025 12:49
104
ŞOU-BİZNES

Tacir Şahmalıoğlu: “Oxuduğum mahnılar 3-5 günlük olmur, tarixdə qalır”

Tacir Şahmalıoğlu ilə Zenfira İbrahimova arasında soyuq münasibət davam edir.

Adalet.az xəbər verir ki, Z.İbrahimova ad günündə T.Şahmalıoğluya  ifa etmək üçün söz verməyib. Bu isə ortada incikliyə səbəb olub:

“Hamı mənə deyir orda oxumadın. Oxumadım yox, söz verilmədi deyə oxumadım. Heç kəs gəlib deyə bilməz ki, hansısa məclisdə mən söz istəmişəm. Həmişə gözləyirəm ki, məclis sahibi özü söz versin. Həmin məclis üçün də yaxşı bir ifa hazırlamışdım. Oxuyacaqdım, görünür Zenfira xanımın başı qarışıq olub mənə vaxt ayıra bilməyib. Tarixi bir  çıxış edərdim. Yaddaşlarda qalardı. Bilirsiniz ki, mənim oxuduğum 3-5 günlük olmur, tarixdə qalır. 

Əntiqə