21 May 2025 12:22
95
ŞOU-BİZNES

Nadir Qafarzadə: “Toylarda monapoliya çoxalıb”

Nadir Qafarzadə  indi də həmkarlarından giley edir.

Adalet.az xəbər verir ki, o, toylarda monapoliya olduğunu söyləyib:

“Əvvəllər hər kəsin qazancı toylardan olardı. Heç kəs də heç kəsin çörəyin kəsməzdi. İndi elə deyil, toyların şitin-şorun çıxarıblar. Toy sahibi toyu mənimlə danışır. Hətta mənə “beh” göndərmək üçün kart istəyir. Bir də görürəm ki, həmin adamdan xəbər çıxmadı. Nə pul göndərdi, nə zəng etdi. Sonra məlum olur ki, başqa müğənniyə zəng edib danışıb, həmin müğənnidə məni burub, öz yaxının ora aparıb.”

ƏNTİQƏ