Tacikistan lideri Fəxri və Şəhidlər xiyabanını ziyarət etdi
Azərbaycan Respublikasında rəsmi səfərdə olan Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon avqustun 10-da Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub.
Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub, məzarı üzərinə tər güllər düzülüb.
Ali qonaq görkəmli dövlət xadimi Əziz Əliyevin və tanınmış həkim, alim Tamerlan Əliyevin məzarlarının üzərinə də gül dəstələri qoyub.
Daha sonra Emoməli Rəhmon Şəhidlər xiyabanını ziyarət edib.
Burada ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Prezident Emoməli Rəhmon Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarlarını ziyarət edib.
Ali qonaq "Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.
Müdafiə Nazirliyinin əlahiddə nümunəvi orkestrinin ifasında Tacikistanın və Azərbaycanın dövlət himnləri səslənib.
Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr edən ali qonağa Şəhidlər xiyabanının tarixi və paytaxtda görülən abadlıq-quruculuq işləri barədə məlumat verilib.
Digər Xəbərlər
29 Aprel 2024 09:10
BÖYÜK QAYIDIŞ: Daha 39 ailə Füzuliyə döndü
28 Aprel 2024 21:01Abid Şərifov oğlunun ölümündən danışdı: "Belimi qırdı" - VİDEO
28 Aprel 2024 15:42Müdafiə Nazirliyi həftəlik icmalını təqdim etdi - VİDEO
28 Aprel 2024 12:14Səhiyyə Nazirliyinin rəhbərliyi akademik Zərifə Əliyevanın xatirəsini yad edib - FOTOLAR
28 Aprel 2024 11:04