adalet.az header logo
  • Bakı -°C
24 Avqust 2026 07:36
21
ANALİZ
A- A+

Azərbaycan və Özbəkistan arasında münasibətlərdərin qarşılıqlı rəğbətə əsaslanır

Dövlətimizin xarici siyasətində tarixi, mədəni və stratejibaxımdan yaxın olan regionlarla əlaqələrin yeni müstəviyəqaldırılması prioritet təşkil edir. Bu uğurlu xarici siyasətkursunda Mərkəzi Asiya ölkələri ilə münasibətlərin inkişafımühüm yer tutur. Regionun sürətlə inkişaf edəndövlətlərindən olan Özbəkistan ilə əlaqələr də bubaxımdan böyük əhəmiyyətə malikdir.

Azərbaycanla Özbəkistanın tarixi dostluq, qardaşlıqmünasibətləri ötən dövr ərzində davamlı olaraq inkişafetdirilib və uzun illərin sınağından çıxaraq bugünküsəviyyəyə gəlib çatıb. Müstəqillik illərində iki qardaş ölkəarasında əlaqələrin inkişafında və dövlətlərarasımünasibətlərin formalaşmasında Ümummilli Lider HeydərƏliyevin müstəsna xidmətləri olub.

“İki qardaş ölkə - Azərbaycan və Özbəkistan arasındamünasibətlər ortaq tarixə, mədəniyyətə, dil və mənəvidəyərlərə, həmçinin birliyə, həmrəyliyə və xalqlarımızınəsrlərlə davam etdirdiyi, nəsildən-nəslə ötürdüyü dərinqarşılıqlı rəğbətə əsaslanır”, bu sözləri Prezident İlhamƏliyev Özbəkistanın Milli İnformasiya Agentliyinə (UzA) müsahibəsində söyləyib. Dövlətimizin başçısı qeyd edib ki, bu möhkəm bünövrə üzərində qurulan dövlətlərarasımünasibətlər son illər misli görünməmiş inkişafmərhələsinə qədəm qoyub, ən yüksək pilləyə - müttəfiqliksəviyyəsinə yüksəlib və tamamilə yeni məzmun qazanıb.

Onu da qeyd edək ki, Liderlərin intensiv qarşılıqlı səfərlərimünasibətlərin inkişafında mühüm rol oynayıb. Son illərdəimzalanan "Strateji tərəfdaşlığın dərinləşdirilməsihaqqında Bəyannamə" və "Müttəfiqlik münasibətlərihaqqında Müqavilə" ikitərəfli əlaqələrin hüquqi bazasınıdaha da möhkəmləndirib. Həmçinin təsis edilən Ali Dövlətlərarası Şura strateji tərəfdaşlığın dərinləşdirilməsiüçün mühüm institusional mexanizmə çevrilib.

Özbəkistan keçmiş Qarabağ münaqişəsində hər zamanAzərbaycanın ədalətli mövqeyini dəstəkləyib.

Yerigəlmişkən, qardaş ölkə tərəfindən Füzuli şəhərindəinşa edilən Mirzə Uluqbəy adına tam orta məktəb və"Dostluq bağı" bu dəstəyin və sarsılmaz birliyin parlaqrəmzləridir. 

Qarşılıqlı etimad eyni zamanda iqtisadi və ticari sahədə dəəksini tapır, ikitərəfli ticarət dövriyyəsi sürətlə artır. 500 milyon dollar kapitalla yaradılan Azərbaycan-Özbəkistanİnvestisiya Şirkəti fəal layihələr həyata keçirir. Avtomobilsənayesi, energetika, "yaşıl enerji" və nəqliyyat-logistikasahələrində sıx əməkdaşlıq mövcuddur. İki ölkənin coğrafimövqeyi Şərqlə Qərbi birləşdirən Orta dəhliz çərçivəsindəyükdaşımaların həcmini artırmağa imkan verir. Prezidentİlham Əliyev müsahibəsində iqtisadi əlaqələrin inkişaftempini belə ifadə edib: "İqtisadi-ticari əməkdaşlığımız son illərdə sürətli inkişaf dinamikası nümayiş etdirir. Azərbaycanla Özbəkistan arasında ticarət dövriyyəsi2025-ci ildə əvvəlki illə müqayisədə üç dəfədən çox artıbvə 795 milyon dollar təşkil edib. Bu, əla göstəricidir.Bundan əlavə, 2026-cı ilin yanvar-may aylarında ticarətdövriyyəsi ötən ilin müvafiq dövrü ilə müqayisədə 33 faizartaraq 144 milyon dollara çatıb". 

Çoxtərəfli diplomatiya müstəvisində, xüsusilə TürkDövlətləri Təşkilatı (TDT) çərçivəsində Azərbaycan vəÖzbəkistanın əməkdaşlığı müstəsna əhəmiyyət kəsb edir.Hər iki dövlət TDT-ni türk dünyasının siyasi, iqtisadi vəmənəvi gücünü artıran mühüm birlik kimi qiymətləndirir.Eyni zamanda Azərbaycanın Mərkəzi Asiya DövlətBaşçılarının Məşvərət görüşlərində tamhüquqlu iştirakı ilə"C5" formatının "C6" formatına çevrilməsi regionlararasıinteqrasiyanı yeni səviyyəyə qaldırıb.

İkitərəfli münasibətlərin vacib elementlərindən biri dəhərbi-texniki sahədə əməkdaşlığın genişlənməsidir. İkiölkənin müdafiə nazirlikləri arasında imzalanan fəaliyyətplanlarına uyğun olaraq keçirilən birgə taktiki təlimlər, müdafiə sənayesi sahəsində təcrübə mübadiləsi vəhərbçilərin peşəkarlığının artırılmasına yönəlmiş addımlarregional təhlükəsizliyin və sabitliyin təmin olunmasındamüstəsna rol oynayır. 

Dövlətlərarası inteqrasiyanı tamamlayan mühüm amillərarasında mədəni-humanitar sahələrdə əməkdaşlıq da önəmli rol oynayır. Daşkənddə fəaliyyət göstərən HeydərƏliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi, mütəmaditəşkil olunan Mədəniyyət Günləri, media forumları və alitəhsil müəssisələri arasındakı birbaşa əməkdaşlıqxalqlarımızın bir-birini daha yaxından tanımasına, gəncnəsillər arasında mənəvi körpülərin sarsılmaz olmasınaxidmət edir. 

Əminliklə deyə bilərik ki, ölkələrimiz arasındakı qarşılıqlıetimada söykənən və əsrlərdir davam edən dostluq vəqardaşlıq əlaqələri bundan sonra da inkişaf edəcək, xalqlarımızın rifahının yaxşılaşmasına xidmət göstərəcək.

 

Rafiq Məmmədov, Əməkdar müəllim