Dünyadakı son bitkilərin nə vaxt yox olacağı hesablandı
Alimlərin apardığı yeni araşdırma Yer üzündə bitki həyatının nə vaxta qədər davam edə biləcəyini müəyyənləşdirib. Üçölçülü iqlim modellərinə əsaslanan hesablamalara görə, planetimizdəki son bitki növləri təxminən 1,87 milyard il sonra yox olacaq.
Adalet.az xəbər verir ki, tədqiqatın nəticələri “Journal of Geophysical Research: Atmospheres” jurnalında dərc olunub.
Astrobioloq Ceykob Haqq-Misra və iqlimşünas Erik Volf növbəti iki milyard il ərzində Yerin iqlimində baş verəcək dəyişiklikləri modelləşdiriblər.
Alimlərin proqnozuna görə, bu müddətdə Günəş təxminən 20 faiz daha parlaq olacaq. Nəticədə ya həddindən artıq istilik bitki örtüyünü məhv edəcək, ya da atmosferdə karbon qazının azalması bitkilərin yaşamasını mümkünsüz edəcək.
Tədqiqatda vurğulanır ki, Yerin ümumi biokütləsinin təxminən 80 faizini təşkil edən bitkilərin taleyi atmosferdəki karbon qazının səviyyəsi və qlobal temperaturun dəyişməsindən asılı olacaq.
Araşdırma çərçivəsində iki fərqli ssenari nəzərdən keçirilib. Birinci ssenaridə karbonun udulması güclü olur, temperatur nisbətən sabit qalsa da, atmosferdə karbon qazı sürətlə azalır. Bu halda bitkilər karbon çatışmazlığı səbəbindən təxminən 1,84 milyard il sonra məhv olur.
İkinci ssenaridə isə karbon qazı səviyyəsi sabit qalır, lakin qlobal orta temperatur 65 dərəcə Selsiyə yüksəlir. Bu şəraitdə qurudakı son bitkilərin təxminən 1,87 milyard il sonra yox olacağı hesablanıb. Alimlərin sözlərinə görə, bu müddət Yer okeanlarının buxarlanaraq tamamilə yox olması üçün tələb olunan vaxtla, demək olar ki, üst-üstə düşür.
Tədqiqat müəllifləri qeyd edirlər ki, bu hesablamalar müasir bitki növlərinin indiki xüsusiyyətlərini qoruyacağı fərziyyəsinə əsaslanır. Onların fikrincə, gələcəkdə bitkilərin təkamül yolu ilə dəyişməsi və ya inkişaf etmiş texnologiyaların tətbiqi bu müddəti uzada bilər.
Ehtimal edilir ki, gələcəkdə bitkilər dəyişən iqlim şəraitinə uyğunlaşaraq daha yüksək hündürlüklərdə yaşaya və ya insanlığın Günəş radiasiyasını azaltmağa yönəlmiş texnologiyaları Yer kürəsinin daha uzun müddət yaşanılan qalmasına kömək edə bilər.
Digər Xəbərlər
07 Iyul 2026 10:32
Beyni 13 il “cavanlaşdıran” vərdiş məlum oldu
07 Iyul 2026 09:10
Pendiri nə saxlar?!
03 Iyul 2026 17:09
Məşhur kosmetika brendində kanserogen maddə - İddia
02 Iyul 2026 11:16
1-3 qəpiyə satılan yumurtalar...
01 Iyul 2026 07:49
Səyahət edənlər daha çox yaşayırlar
01 Iyul 2026 07:28
30 illik səssizlik pozuldu - Vanqanın bilinməyən kəhanəti ilk dəfə ortaya çıxdı
30 Iyun 2026 17:22
Millət vəkilinin evindən çıxanlar hər kəsi təəccübləndirdi - FOTO
30 Iyun 2026 10:28


Bakı -°C

