Səhər saat 5-də...
Bu gün əksər Bakı bazarlarında bir özbaşınalıq və dərəbəylik hökm sürür! Ən azından ona görə ki, bazarlar ayrı-ayrı adamların nəzarət altındadır. Bəlkə belə deyil, cənablar? Əlbəttə , belə də olanda istər- istəməz bir dərəbəylik yaranır.
Bir dəfə gedən səhər saat 5- də Bakıda hər hansı bir bazara baxın və görün orada nələr baş verir! Görəcəksəniz ki, rayonlardan gələn kənd adamlarının məhsulları bazarlara biraxılmır. Ya onlar gətirdikləri kənd təsərrüfatı məhsullarını dəyər- dəyməz qiymətə " bazar kötük" kötüklərinə satmalıdır, ya da məhsulların götürüb , kəndə qayıtmalıdır.
Kəndlinin əlindən qəpik- quruşa aldıqları göy-göyərtiləri, mer- meyvəni alverçilər od qiymətə satırlar. Daha doğrusu, onlar bu ucu məhsullara qiymətindən iki- üç dəfə artıq satırlar. Ona görə də bazarlarda bütün məhsulların qiyməti kəllə-çarxa qalxır. Təbii ki, bu mövcud nöqsanları heç bir əlaqədar qurum hələ indiyə kimi aradan qaldırmayıb, çünki bu qiymət artımında onlarında payı var! Bu baxımdan da indən sonra da bazarlarda dərəbəylik və hərc-mərclik hökm sürəcək!!!
Emil FAİQOĞLU
Digər Xəbərlər
08 Mart 2026 00:00
Bu gün Beynəlxalq Qadınlar Günüdür
07 Mart 2026 17:11
Ağ Şəhərdə metro nə vaxt açılacaq? - VİDEO
07 Mart 2026 15:15
Naxçıvanda qar örtüyünün hündürlüyü 54 santimetrə çatıb
07 Mart 2026 12:31
8 Mart günü yağış yağacaq
06 Mart 2026 23:16
Leyla Əliyeva şəhid anaları ilə iftar süfrəsində - FOTOLAR
06 Mart 2026 16:36
Ağaclar nə vaxt budanmalıdır?
06 Mart 2026 14:35
Arzu Əliyeva Bakı Ali Neft Məktəbində - FOTOLAR
05 Mart 2026 15:43


Bakı -°C

