“Regionda başlayan sülh və əməkdaşlıq dövrünün memarı Prezident İlham Əliyevdir”
“Cənab Prezidentimiz İlham Əliyevin Davos Forumunda iştirakı təkcə ikitərəfli görüşlərdə müzakirə edilən məsələlərlə deyil, həm də məşhur “Euronews” televiziya kanalına müsahibəsi ilə əhəmiyyətlidir. Müsahibədə bir sıra vacib məsələlər öz əksini tapıb. Hər şeydən əvvəl, müasir dünyada artıq beynəlxalq hüquq normaları dünya ictimaiyyətinin bütün üzvləri üçün üstün görünmədiyindən hər bir dövlət öz strategiya və siyasətini özünün potensialına uyğunlaşdırmalı, əvvəlcə öz bölgəsində, sonra isə beynəlxalq aləmdə yaxşı münasibətlər qurmalıdır”.
Adalet.az xəbər verir ki, bunu Milli Məclisin sədr müavini Musa Qasımlı deyib.
O, bildirib ki, bu baxımdan Azərbaycan dövlət başçısının siyasəti milli mənafelərimizə və region dövlətlərinin maraqlarına tam cavab verir:
“İkincisi, dövlət başçımıza verilən sülh mükafatı məlum dövlətin imperiya niyyətləri naminə uzun onilliklər boyu qan gölünə çevirdiyi siyasətin darmadağın edilərək Qafqazdakı barışcıl və quruculuq fəaliyyətinə görədir. Regionda başlayan sülh və əməkdaşlıq dövrünün memarı Prezident İlham Əliyevdir. Üçüncüsü, Azərbaycan dövləti qonşu ölkələrdə, o cümlədən İranda sabitliyin olmasında maraqlıdır. Bu ölkədə olan qarışıqlıq digər dövlətlərə də təsir edə bilər. Dördüncüsü, etibarlı tərəfdaş olan Azərbaycan Avropanın bir sıra ölkələrinin enerji təchizatında mühüm rol oynayır. Onlar Azərbaycansız çətin vəziyyətə düşə bilərlər. Nəhayət, öz yolu ilə gedən Azərbaycan dövləti Avropa Parlamentinin tənqidlərini saya salmır və cavab vermir. Bu gün Azərbaycanı tənqid etməyə çalışanlar əslində müstəqil siyasət yürüdülməsinə və Cənubi Qafqazda sülhün qurulmasına mane olanlardır. Regionun gələcəyi isə sülh və qarşılıqlı faydalı əməkdaşlıqdadır”.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
25 Mart 2026 20:19
"Ermənistan və Azərbaycan arasında sülh artıq öz etibarlılığını sübut edib" - Mirzoyan
25 Mart 2026 18:11
Sahibə Qafarova ilə görüşdə Azərbaycana təşəkkür etdi - FOTOLAR
25 Mart 2026 11:37
İlham Əliyev yunanıstanlı həmkarını təbrik etdi
25 Mart 2026 11:01
“Müharibənin daha üç il davam etməsi silah-sursat qıtlığına səbəb olacaq”
25 Mart 2026 10:07
“ABŞ-nin Tehranda dəyişə bilmədiyi rejimlə əməkdaşlığı təəcüblü deyil...”
25 Mart 2026 10:05
“İsrailin İrana qarşı müharibəsi davam etsə də...” – Politoloq
24 Mart 2026 15:41
Sahibə Qafarova Çinə səfər etdi - FOTO
24 Mart 2026 10:11


Bakı -°C

