2026-cı ildə dünyanı nə gözləyir?
“Hər il dekabrın son günlərində növbəti illə bağlı mümkün qədər neqativ olmayan, daha çox ümid verən çalarları qabartmağa çalışmışam. Çünki, insanların içində sabaha inam oyatmaq, ruh yüksəkliyi yaratmaq mənim üçün həmişə önəmli olub.Amma təəssüf ki, 2026-cı illə bağlı bunu edə bilməyəcəyəm. Çünki reallıq bəzən insanın istədiyi kimi olmur. Dünyada gedən proseslər, iqtisadi qərarlar, geosiyasi gərginliklər və cəmiyyətlərin psixoloji yorğunluğu artıq açıq şəkildə hiss olunur. Bu, təkcə bir ölkənin yox, bütöv bir dövrün yüküdür”.
Adalet.az xəbər verir ki, bunu iqtisadçı Eldəniz Əmirov deyib.
O, bildirib ki, əgər Nobel Sülh Mükafatı iddiasında olan biri açıq şəkildə işğalçını dəstəkləyirsə, körpə öl**mlərinə susursa, buna dolayısı ilə haqq qazandırırsa, hətta özü də başqasının sahib olduğu ən böyük ada haqqında iddialar ortaya atırsa burada artıq sözün mənası dəyişir:
“Əgər dünyanın ədalət umduğu güclər başqa ölkələrin sərvətinə açıq şəkildə iddia edirsə, torpaqlarına göz dikirsə, onda bu, artıq siyasi məsələ deyil. Bu, qlobal dəyərlərin çökməsidir. Heç dünyanın iqtisadi yönü də yaxşı deyil, “xəstələnib”. Ona görə də artıq dünyada iqtisadi qanunlar əvvəlki kimi işləmir. Bazarları tələb və təklif yox, bir “şoumenin” yazdığı bir cümlə, bir tvit silkələyir. Bu isə ölkələr üçün ciddi risk yaradır, çünki iqtisadi sabitlik emosiyaya və görüntüyə bağlanır.Əvvəllər varlanmaq üçün illər tələb edilirdisə, bu gün bir neçə gün kifayət edir. Müflis olmaq üçün də eyni zaman yetərlidir. Ona görə ki, iqtisadiyyat artıq bir şou elementinə çevrilib. Digər tərəfdən, tənəzzül riski məqsədli şəkildə sistemin içində saxlanılır. Silah sənayesi və müharibə iqtisadiyyatı qlobal iqtisadiyyatın əsas hərəkətverici qüvvələrindən birinə çevrilib. Son bir neçə ildə hərbi xərclər elə səviyyəyə çatıb ki, bu məbləğ son 40-50 ilin toplam xərclərini belə üstələyir.Belə bir fonda iqtisadiyyatı zəif olan ölkələr üçün nikbin ssenarilər qurmaq çətindir”.
İqtisadçının sözlərinə görə, dünya tədricən qeyri-müəyyənliyə, riskin normaya çevrildiyi bir mərhələyə daxil olur:
“Ən böyük iqtisadi şou isə yaşıl enerji mövzusundadır. Bütün dünya bu mövzunu bir şouya çevirib. Ölkələr yaşıl enerjidən danışır, konfranslar keçirilir, bəyanatlar verilir. Amma bu ölkələrin ucdantutma hamısının illik büdcə zərflərinə baxanda görürsən ki, yaşıl enerjiyə olan münasibət Qəzzada acından ölən uşaqlara olan münasibət kimidir. Hamı o uşaqlardan danışır, amma real pul ayıran və real dəstək verən yoxdur. Çünki, real maliyyə yükünü üzərinə götürmək istəyən yoxdur.Bu şəraitdə dünya ölkələrinin çoxu artıq oyunun qaydalarını dəyişə bilməz. Qaydaları güclülər yazır. Digər ölkələr üçün əsas məsələ qalib olmaq yox, doğru tərəfdə dayanmağı bacarmaqdır. Yəni ağıllı ölkələr güclülərə qarşı çıxmağa yox, onların açdığı izlə ağılla irəliləməyə çalışır. Çünki qlobal miqyasda xilas yolu qalibin ardınca getməkdən keçir.Burada söhbət kiminsə yanında kor-koranə dayanmaqdan getmir. Söhbət balansı qorumaqdan, lazım gələndə mövqeni çevik şəkildə dəyişə bilməkdən gedir. Elə mövqe tutmalısan ki, istədikdə 6 kimi görünsün, istədikdə 9 kimi oxunsun. Yəni həm sabit, həm də çevik olasan. Bugünkü dünyada ən böyük üstünlük məhz budur.Əlqərəz, 2026-cı il siyasi baxımdan güc nümayişi yox, ağırlıqlı mövqe seçimi ili olacaq. Bu dövrdə əsas məsələ balansı qorumaq və lazım gəldikdə çevik davranmaqdır. Kim bu balansı saxlaya bilsə yoluna uğurla davam edəcək.İqtisadi baxımdan isə mənzərə daha sərt olacaq. Köhnəlmiş iqtisadi modellərdən və idarəetmə yanaşmalarından imtina edə bilməyən ölkələr üçün 2026 daha çətin keçəcək. Amma qlobal dəyişikliklərə uyğunlaşmağı bacaran, özünü yeniləyə bilən və sınaqdan çıxmış təcrübələrə açıq olan ölkələr üçün bu dövr iqtisadi dönüş imkanı ola bilər”.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
30 Dekabr 2025 12:23
Azərbaycanda bu cərimələr 10 dəfəyə qədər artırlır
30 Dekabr 2025 12:20
Bu əməlləri törədənlər 30 min manat cərimələnəcək
30 Dekabr 2025 11:29
Pensiyaçılara şad xəbər - Gələn il bu qədər artım olacaq
29 Dekabr 2025 16:01
Prezident Dövlət Neft Fondunun 2026-cı il büdcəsini təsdiqlədi
29 Dekabr 2025 15:00
Vətəndaşın pensiya kapitalından vaxtından əvvəl istifadə etməsi təklif olunur
29 Dekabr 2025 14:56
İşsizlikdən sığorta fondunun büdcəsi nə qədər olacaq?
29 Dekabr 2025 14:46
Prezident DSMF-nin 2026-cı il büdcəsini təsdiqləyib
29 Dekabr 2025 14:36


Bakı -°C

