“Rusiya ordusunda döyüşən azərbaycanlılar cəzalandırılmasa...”
“Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəsində həlak olan azərbaycanlıların sayı artır. İş o yerə çatıb ki, Azərbaycanın ərazi bütövlüyü uğrunda savaşan qazimiz Rusiyaya gedərək müqavilə əsasında işğalçı dövlətin ordusuna qoşulub və döyüşdə ölüb. Bu müharibədə Rusiyanın Ermənistandan fərqi yoxdur. Ermənistan da işğalçı idi, Rusiya da işğalçıdır. Belə çıxır ki, işğalçıya qarşı savaşan döyüşçümüz, bir başqa müharibədə işğalçıya qoşulub. Bunun vaxtilə Suriyada terrorçulara qoşularaq Azərbaycan qanunlarını pozulmasıyla heç bir fərqi yoxdur. Suriyadan geri qayıdan həmin şəxslər cinayət məsuliyyətinə cəlb olundular. Bəs Azərbaycan pasportu ilə Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəsində iştirak edənlər necə cinayət məsuliyyətinə cəlb olunurlarmı?”.
Adalet.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.
O, bildirib ki, belələri cəzalandırılmasa, Rusiya ordusuna qoşulan azərbaycanlıların sayı azalmayacaq:
“Kreml şirnikləndirici müqavilə təklifləriylə qeyri-rusları, o cümlədən azərbaycanlıları ölümə göndərməkdə davam edəcək. Rusiya vətəndaşı olan azərbaycanlının müqavilə əsasında Ukraynaya qarşı müharibədə iştirak etməsi onun öz işidir, halbuki, bu da doğru deyil. Bir də var ki, Rusiyada miqrant həyatı sürən azərbaycanlının işğalçı müharibədə iştirak etməsi. Ukrayna ordusunun əsir götürdüyü azərbaycanlılar barədə də məlumatlar artıb. Azərbaycanın müvafiq dövlət strukturları bu halların qarşısını almaq barədə düşünməlidir”.
Vasif
Digər Xəbərlər
14 Yanvar 2026 17:07
Su təhlükəsizliyi dövlət siyasətinin prioritetidir
14 Yanvar 2026 15:10
Hikmət Hacıyev Qazaxıstan səfiri ilə görüşdü - FOTO
14 Yanvar 2026 12:18
“İki dövlətin sayəsində yeni dünya nizamının yeni yolları açılacaq...”
14 Yanvar 2026 12:01
Su mənbələri hər bir ölkə üçün çox önəmlidir
14 Yanvar 2026 11:06
Ağdərə artıq keçmişin yaralarını deyil, gələcəyin imkanlarını təcəssüm etdirir
14 Yanvar 2026 11:05
Mirzoyan: Naxçıvan Azərbaycanın əsas hissəsi ilə birləşəcək
14 Yanvar 2026 09:54
Milli Məclisin yaz sessiyasının vaxtı açıqlandı
14 Yanvar 2026 09:10


Bakı -°C

