“Bu qələbə təkcə torpaqların işğaldan azad edilməsi deyil...”
“Azərbaycan Qarabağ məsələsinin həlli zəminində bir neçə qələbə qazanıb. Döyüş meydanındakı qələbədən sonra siyasət, diplomatiya meydanında da qələbə qazanıb. Qalib gəlmək asandır, amma qələbəni qorumaq, əldə saxlamaq çətindir. Azərbaycan məhz bunun da öhdəsindən gələrək qələbəni qoruyub saxlayıb”.
Adalet.az xəbər verir ki, bunu siyasi şərhçi Tural İrfan deyib.
O, bildirib ki, sonuncu ən mükəmməl qələbə isə düşmənin sülhə məcbur edilməsi, bir daha təcavüz niyyətinə düşməsi ehtimalının minimuma endirilməsidir:
“Yəni, bu son 5 ildə sözü gedən qələbələrin əldə edilməsi möhtəşəm nailiyyətdir. Xalqın birliyi, Ali Baş Komandanın ətrafında sıx birləşməsi, ordunun qüdrəti, rəhbərin yüksək liderlik qabiliyyəti və müdrik siyasəti vəhdət təşkil edərək ilahi təqdiri gerçəkləşdirdi! Bu qələbə təkcə torpaqların işğaldan azad edilməsi deyil, həm də dövlətimizin dünyada nüfuzunun, qüdrətinin artmasının təsdiqidir. Bu müqəddəs yolda xalqımıza yar olan Uca Yaradana şükürlər, bütün şəhidlərin ruhu şad, qalib xalqımızın qələbə bayramı mübarək olsun!”.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
25 Mart 2026 20:19
"Ermənistan və Azərbaycan arasında sülh artıq öz etibarlılığını sübut edib" - Mirzoyan
25 Mart 2026 18:11
Sahibə Qafarova ilə görüşdə Azərbaycana təşəkkür etdi - FOTOLAR
25 Mart 2026 11:37
İlham Əliyev yunanıstanlı həmkarını təbrik etdi
25 Mart 2026 11:01
“Müharibənin daha üç il davam etməsi silah-sursat qıtlığına səbəb olacaq”
25 Mart 2026 10:07
“ABŞ-nin Tehranda dəyişə bilmədiyi rejimlə əməkdaşlığı təəcüblü deyil...”
25 Mart 2026 10:05
“İsrailin İrana qarşı müharibəsi davam etsə də...” – Politoloq
24 Mart 2026 15:41
Sahibə Qafarova Çinə səfər etdi - FOTO
24 Mart 2026 10:11


Bakı -°C

