17 Oktyabr 2025 17:49
87
SAĞLAMLIQ

Payız ayları...

Payız aylarında meyvələr daha çox olur. Xüsusilə də, alma, armud, nar, xurma, şatalı bu aylarda yaxşı yetişir və dadlı olur. Və buna heç kimin sözü yoxdu.

Amma camaatın sözü onadır ki, ötən daha ucuz olan üzüm, mandarin, naringi, limon indi baha qiymətə satılır. Onları rayonlarda fermerlər ucuz qiymətə satırlar, ha! Ancaq Bakıya gəlib çıxana qədər bu məhsullar əldən- ələ keçir və dəfələrlə qiymət artımı olur!

Məsələn  Astaradan olan fermer Nazim Aslanov deyir ki, biz məhsulumuzun bir kiloqramın hazırda 40- 50 qəpiyə satırıq. Hətta bəzən mandarini, limonu ondan da ucuz veririk. Amma eşidirik ki, Bakıda onu ikiqat artıq qiymətə satışa çıxarırlar. Bax, bu ədalətsizlikdir.

Biz ilboyu əziyyət çəkib, qəpik- quruş qazanırıq, lakin işbazlar nə yoğurur, nə yapır, yaxşı pul qazanırlar.Göründüyu kimi, payız fəsli olsa da, bolluq yaransa belə yenə işbazlar meyvələrin qiymətlərinin  aşağı düşməsinə imkan vermirlər və nəticədə  aztəminatlı ailələrin büdcəsinə ziyan  dəyir!

Emil Faiqoğlu