“Prezident dəfələrlə bəyan etmişdi ki, Naxçıvana quru yolla maneəsiz keçidi təmin edilməlidir”
“Qəbələdə təşkil edilən Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşündə çıxış edən Prezident İlham Əliyev bir sıra vacib qlobal və regional geosiyası məsələlərə toxundu. Azərbaycan rəhbərinin çıxışında təşkilatın ciddi geosiyasi mərkəzlərdən biri kimi formalaşması bir daha təsdiqləndi. Azərbaycan dövlət başçısının qeyd etdiyi kimi, daxili siyasi və iqtisadi sabitlik, əhəmiyyətli geostrateji mövqe, müsbət demoqrafiya və gənc əhali, nəqliyyat-logistika sahəsində böyük imkanlar, təbii resurslar, habelə hərbi və hərbi-texniki sahədə artan potensial TDT-ni qlobal arenada vacib aktora çevirir”.
Adalet.az xəbər verir ki, bunu millət vəkili Vüqar Bayramov deyib.
O bildirib ki, türk dünyası qlobal iqtisadi artım faizindən daha çox artıma malik olan regiondur:
“Digər tərəfdən isə, TDT-ə üzv olan dövlətlər arasında strateji münasibətlərin daha da dərinləşməsi iqtisadi inkişaf üçün yeni imkanlar yaradır. Bu özünü birgə sərmayə fondlarının yaradılması, qarşılıqlı ticarət həcminin artması və nəqliyyat və logistika sahəsində geniş əməkdaşlıq da göstərir. Zəfərdən sonra Prezident İlham Əliyev dəfələrlə bəyan etmişdi ki, Azərbaycanın əsas hissəsinin Naxçıvana quru yolla maneəsiz keçidi təmin edilməlidir”.
V.Bayramov deyib ki, Prezident Zəngəzur dəhlizinin reallaşacağını və bunun sadəcə zaman məsələsi olmasını bəyan etmişdir:
“Azərbaycan Prezidentinin uzaqgörən siyasəti sayəsində imzalanmış Vaşinqtonda imzalanan Birgə Bəyannamədə ölkəmizin əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz gediş-gəliş təsdiq olundu. Qəbələ toplantısında qeyd olunduğu kimi, Zəngəzur dəhlizi həm Orta Dəhliz, həm də Şimal-Cənub Dəhlizi çərçivəsində yeni nəqliyyat arteriyası və ikinci marşrut kimi mühüm əhəmiyyət kəsb edir. Bu, Zəngəzur Dəhlizinin reallaşmasıdır. Bu eyni zamanda, çox yaxın zamanlarda Türk dünyasının quru nəqliyyat vasitəsi ilə birləşəcəyi deməkdir. Türk dünyası birləşir və daha da inkişaf edir”.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
25 Mart 2026 20:19
"Ermənistan və Azərbaycan arasında sülh artıq öz etibarlılığını sübut edib" - Mirzoyan
25 Mart 2026 18:11
Sahibə Qafarova ilə görüşdə Azərbaycana təşəkkür etdi - FOTOLAR
25 Mart 2026 11:37
İlham Əliyev yunanıstanlı həmkarını təbrik etdi
25 Mart 2026 11:01
“Müharibənin daha üç il davam etməsi silah-sursat qıtlığına səbəb olacaq”
25 Mart 2026 10:07
“ABŞ-nin Tehranda dəyişə bilmədiyi rejimlə əməkdaşlığı təəcüblü deyil...”
25 Mart 2026 10:05
“İsrailin İrana qarşı müharibəsi davam etsə də...” – Politoloq
24 Mart 2026 15:41
Sahibə Qafarova Çinə səfər etdi - FOTO
24 Mart 2026 10:11


Bakı -°C

