“On iki il “Xəcalət” tamaşasını oynadım, indi nə hal keçirə bilərəm?”
Xəbər verdiyimiz kimi, Xalq artisti Nurəddin Mehdixanlının 69 yaşı tamam oldu.
N.Mehdixanlı doğum günü ilə bağlı öz xoş təəssüratlarını Adalet.az-la bölüşüb.
O bildirib ki, illərin necə keçdiyindən həm xəbəri olub, həm də xəbəri olmayıb:
“Yəni boş günümüz olmadı ki, oturub düşünəsən ki, bu gün neyləyəcəm”.
Xalq artisti Vətən müharibəsində əldə etdiyimiz qələbədən sonra özünü çox yaxşı hiss etdiyini, qürurlandığını bildirib:
“Özümü çox gözəl hiss edirəm. Mən 12 il bir qarabağlı ailənin faciəsinin timsalında xəcalətə düşdüyümüzlə bağlı “Xəcalət” tamaşasını oynaıb. Avropanın bir çox ölkələrində bu tamaşa göstərildi. Həmişə tamaşanın sonu belə idi ki, “Siz inanmasanız da mən inanıram ki, o yerlərə qayıdacağıq”. İndi o tamaşa daha dayandı, göstərmirik. Çünki artıq biz Qarabağdayıq. Bir insan ki, 12 il hər dəfə o tamaşanı ildə 30 dəfə oynaya, dünyanı gəzə, hər dəfə tamaşanı gözyaşları ilə bitirə və indi nə hal keçirə bilər? Bundan gözəl nə ola bilər ki? Qalib ölkənin bir vətəndaşı, xəcalətdən qurtarmış bir millətin övladı, sənətçisi kimi özümü yaxşı hiss edirəm”.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
19 Mart 2026 15:09
“Bizə intellektual verilişlər lazımdır ki, ideoloji təbliğat aparaq...”
18 Mart 2026 11:29
"Bu il daha 8 min müəllim attestasiya prosesinə cəlb olunacaq" - Nazir
16 Mart 2026 16:25
Qanunvericiliyə “Xarici film” anlayışı daxil edilib
10 Mart 2026 14:53
Leyla Əliyeva "Qız Qalası" qalereyasında - VİDEO
10 Mart 2026 12:30
Əməkdar artist: ““Kor” rejissorlara rast gəlməmişəm”
10 Mart 2026 11:58
Özündən əvvəl səsi tanınan adam - Əntiqə Kərimzadə yazır…
10 Mart 2026 10:38
118 Yaşlı Füzuli Teatrı - Mirqiyas Seyidsoylu yazır
02 Mart 2026 09:57


Bakı -°C

