Bəzən təbliğat işləri əks təbliğata çevrilir...
Bir də görürsən ki, hər hansı mövzu ilə bağlı həddindən artıq təbliğat, reklam işləri aparılır. Bunun da nəticəsi bəzən çox ağır olur. Və o qədər ağır olur ki, təbliğat aparanlar da sonda tutduqları işə peşman olur! Bax çox uzağa getməyək.
Elə götürək narkomanlıqla bağlı aparılan təbliğat işlərini. Hara gedirsən belə bir reklama rast gəlirsən. Xüsusilə də, metro stansiylarında.Belə ki, həmin təbliğat vasitələrində yazılır;" Narkomaniyaya yox deyək!" Hər gün belə devizlərə rast gəlmək olur.
Bu da bir çox halda maarifləndirmə tədbirlərindən artıq əks təbliğata çevrilir.Məsələn , Narkomaniyaya qurşanmış bir gənc deyir ki, yatsam yuxuma da , girməzdi ki, mən narkotika qəbul edərəm.Amma hara getdim, belə reklamlara rast gəldim.
Dedim ki, görəsən , bu necə şeydir.Dadına baxdım və sonradan onun təsirinə düşdüm.Sən demə, bu, ağır bir xəstəlik imiş. İndi üç aya yaxındır ki, müalicə alıram. Görək bundan canımı xilas edə bilirəm, ya yox?! Hər halda pis vərdişlərdən qurtarmaq müalicə ilə yanaşı, insandan güclü iradə də tələb edir.Bax görürsünüzmü, bu da ifrat dərəcədə aparılan bəsit təbliğatın mənfi fəsadları!!!
Emil Faiqoğlu
Digər Xəbərlər
25 Mart 2026 19:33
Göydə Allah, yerdə həkimlər. ..
25 Mart 2026 11:16
Çox təhlükəli virus dünyanı təhdid edir - Koronavirusdan daha ağırdır
22 Mart 2026 10:03
Ürəyin işini yaxşılaşdıran 6 QİDA
20 Mart 2026 14:03
Novruz bayramında sağlam qidalanma tövsiyələri - VİDEO
19 Mart 2026 18:00
Nihatın həyatı sizin əlinizdədir: Anası yardım üçün müraciət etdi
17 Mart 2026 16:56
Bu energetik içkinin idxalına məhdudiyyət qoyuldu
17 Mart 2026 15:54
Çərəzlərin faydası və düzgün istehlak qaydası - VİDEO
17 Mart 2026 10:05


Bakı -°C

