06 Avqust 2025 11:49
91
SAĞLAMLIQ

Dəhşətli istilərdə nə yemək olar?

Heç  kimi sirr deyil ki, bu yay ötən yayla müqayisədə dəhşətli dərəcədə isti keçir.

Aydındır ki, belə istilərdə düzgün qidalanma da önəmli əhəmiyyət kəsb edir. Bizim millətin bəzi nümayəndələri isə isti günlərdə heç nə diqqət yetirməyərək nə gəldi yeyrlərlər. Bu da bir çox halda bağırsaq pozulmalarına, hətta zəhərlənməyə belə gətirib çıxarır.

Dietoloq - həkim Cəmilə Əhmədova  isti günlərdə necə  qidalanmaqla bağlı ictimaiyyətə öz məsləhətin verir. O, deyir ki, dəhşətli istilərdə düzgün qidalanma çox vacibdir. Belə günlərdə yağlı, qızardılmış və duzlu qidalardan uzaq durmaq lazımdır. Bizim millət kababı çox sevir, amma bu cür istilərdə kabab yemək məsləhət deyil.

Eyni zamanda yağlı plov, yağlı dolma və yağlı digər yeməkərlər də insan səhhəti üçün çox təhlükəlidir. Hətta bəzi insanlar istilərə əhəmiyyət verməyərək müxtəlif spirtli içkilər  də içir. Bax bu, lap təhlükəlidir. Yaxşı olar ki, əhali belə dəhşətli istilərdə  kalorisi az olan qidalar qəbul etsinlər. Xüsusilə də süd və süd məhsullarından, o cümlədən qatıqdan bol- bol qidalanmalıdır. Müxtəlif salatlar və soyuducuda bir güdən artıq qalan kəsilmiş qarpız və yemişdən uzaq durmaq lazımdır. Bir sözlə, elə qidalar qəbul edilməlidir ki, isti havalarda insan səhhəti üçün problemlər yaratmasın!

Emil Faiqoğlu