Yeni Günəşlinin bərbad yolları...
Deyirlər ki, Yeni Günəşli qəsəbəsi paytaxtdan uzaq olduğuna görə, ora bir o qədər də diqqət yetirmirlər.
Amma bu məsələyə heç də birmənalı yanaşmaq olmaz. Çünki elə sahələr var ki, orda vəziyyət yaxşıdır. Amma bu sözləri Yeni Günəşlinin yolları haqqında demək olmaz .
Ən azından ona görə ki, qəsəbənin yollarında çala- çuxur çoxdur. Yolların belə bərbad olması yol- nəqliyyat hadisələrinin baş verməsinə münbit şərait yaradır.Üstəlik də " Ballı market" dən Suraxanı Tibb Mərkəzinə qədər piyada səkisi də yoxdur! Belə də olanda piyadalar yolun hərəkət hissəsinə çıxırlar.
Ümumiyyətlə, Yeni Günəşlidə piyada səkiləri çox azdır.Əsas məsələ odur ki, qəsəbənin yolları heç də ürəkaçan deyil. İnanmaq istərdik ki, əlaqədar qurumlar tezlikdə Yeni Günəşlidə avtomobil yolların əsaslı surətdə yenidən inşa edəcək və mövcud nöqsanları aradan qaldıracaqdır.
Emil Faiqoğlu
Digər Xəbərlər
25 Mart 2026 13:13
Prezident “Abşeron” Batareya Enerji Saxlanc Mərkəzinin açılışında - FOTOLAR
25 Mart 2026 11:41
Sumqayıtda xeyir-şər evlərinin fəaliyyəti dayandırılıb? - RƏSMİ AÇIQLAMA
25 Mart 2026 11:33
Bəzi ərazilərə yağış yağır - FAKTİKİ HAVA
24 Mart 2026 17:13


Bakı -°C

