23 Iyul 2025 15:17
104
HADİSƏ

 Avtomobildə yanğın baş verirsə...

Biz yayı çox sevirik, amma bu isti aylarında öz çətinlikləri mövcuddur.Heç şübhəsiz ki, yayda bəzi nəqliyyat vasitələrində  havalar isti olduğu üçün texniki nasazlıq səbəbindən yanğınlar baş verir.Bu yanğınlar avtomobilin mühərrikində, elektrik xəttəlrindəki və şinlərdəki texniki nasazlıqdan yaranır.

Ona görə də, hər bir sürücü bu məsələləri diqqət mərkəzində saxlamalı və maşında nasazlıq hiss etdikdə mövcud  texniki qüsurları vaxtında aradan qaldırmalıdır! Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin inspektoru Elvin Hacıyev mövcud nöqsanlarla bağlı sürücülərə öz tövsiyəsin verib.

Elvin Hacıyev əməkdaşımıza bildirib ki, hər bir sürücü nəqliyyat vasitəsini texniki cəhətdən saz saxlamağa borcludur. Son vaxtlar bir neçə avtomobil ya durduğu yerdə, ya da hərəkətdə olarkən  yanıb. Bu isə birmənalı olaraq hər bir sürücüyə maddi ziyan vurub.

Ona görə də, bütün sürücülər diqqətli olmalı, avtomobili texniki cəhətdən saz saxlamalı, nəqliyyat vasitələrində yanğın təhlükəsizliyi qaydalarına əməl etməli, hər cür tələblərə cavab verən odsöndürən  avadanlıq saxlamalıdır. Əgər bu texniki tələblərə əməl edilsə, bu isti yay günlərində  avtomobillərdə yangın baş  verməz!Ona görə də, bir daha sürücülərə tövsiyə edirik ki, onlar bizim dediklərimizi diqqət mərkəzində saxlasınlar, mövcud vəziyyəti vaxtında qiymətləndirsinlər!

Emil Faiqoğlu