22 Iyul 2025 13:49
168
HADİSƏ

FHN Sumqayıtda dağıntılar altında qalan 20 yaşlı fəhlə ilə bağlı məlumat yaydı - YENİLƏNİB

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Sumqayıt şəhəri, 10-cu mikrorayon, Babək küçəsi yaxınlığında 1 nəfərin torpaq uçqunu altında qalması ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.

Adalet.az FHN-ə istinadən xəbər verir ki, məlumatla əlaqədar Nazirliyin Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.

Əlavə məlumat veriləcək.

 

*** 13:00

Sumqayıtda bədbəxt hadisə baş verib.

Adalet.az xəbər verir ki, tikinti sahəsində fəhlə 2005-ci il təvəllüdlü Ariz Ağayarov dağıntılar altında qalıb.

Hazırda ərazidə axtarış-xilasetmə işləri aparılır.

Faktla bağlı araşdırma aparılır.