05 Iyun 2025 11:10
119
AVTOMABİL

Tıxaclar aradan qaldırılır...

Bakı şəhrində bir qayda olaraq səhər və axşam saatlarında tıxaclar yaranır. Təbii ki, bu da sürücülər saatlarla  yollarda vaxt itirməsinə və əlavə yanacaq yandırmaqla  xərcə düşnəsinə səbəb olur.Ona görə də Bakı  Şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşları mövcud nöqsanların aradan qaldırılması üçün qabaqlayiçı tədbirlər həyata keçirir.

İdarənin Yol Patrul Xidməti Alayının beşinci tağımın əməkdaşları demək olar ki, bir qayda olaraq səhər və axşam saatlarında xidmət apardıqları avtomobil yollarında  nəqliyyat vasitələrinin hərəkətinə diqqət yetirir və avtomobil axınını tənzimləyir. Heç şübhəsiz ki, bu vəzifənin yerinə yetirilməsi  mövcud problemlərin həll edilməsində önəmli əhəmiyyət kəsb edir.Bununla yanaşı, tağım əməkdaşları " dayanma" və" durma" qaydalarına əməl olunmasına da böyük önəm verir, həmin sürücülər barəsində qanunamüvafiq tədbirlər  görür.

Bir faktı da qeyd edək ki,  yol polisi əməkdaşları həm də, texniki nasazlığa görə avtomobil yolunda qalmış nəqliyyat vasitələrini həmin yerdən vaxtında götürdür. Heç kimə sirr deyir ki, nasaz  avtomobillrin yolda qalması həm də digər avtomobillər üçün qəza şəraiti yaradır.Beşinci  tağımın  komandiri Nurlan Əliyev deyir ki, biz mütəmadi olaraq  xidmət apardığımız yollarda hərəkətin təhlükəsizliyi ilə bağlı qabaqlayıcı tədbirlər həyata keçiririk.Bu tədbirlər zamanı qaydaları pozan sürücülərlə maarifləndirici söhbətlər edirik. Xüsusilə də avtobus dayanacaqlarını zəbt edən və avtobusların dayanacağa daxil olmasına imkan verməyən sürücülərlə belə söhbətlərimiz tez- tez olur.

Bu bu söhbətlər və təbliğat vasitələri nəticə verməyəndə  onları inzibati məsuliyyətə cəlb edirik. İndi biz axşam növbəsində işləyirik bu növbədə sərxoş sürücülərə və avtoxuliqanlara qarşı mübarizəni daha da gücləndirmişik. Kobud qayda pozuntularına yol verən belə sürücülər heç vaxt diqqətimizdən yaynmır. Hər bayramda olduğu kimi Qurban bayramı günlərində də gücləndirilmiş iş rejimində çalışacaq. Və bizim əsas məqsədimiz odur  ki, xidmət etdiyimiz  saatlarda yol- nəqliyyat hadisələri  baş verməsin, ölən və xəsarət alanlar olmasın. Ona görə də, bir də sürücülərdən və hərəkət iştirakçılarından xahiş edirik ki, bayram günlərində diqqətli olsunlar, birmənalı olaraq yol hərəkəti qaydalarına əməl etsinlər!

Emil Faiqoğlu