Piyada zolaqlarında diqqətli olun...
Hər bir piyada yolu keçərkən diqqətli olmalıdır. Yəni təyin olunmuş yerlərdən- yeraltı, yerüstü keçidlərdən və piyada zolaqlarından istifadə edilməlidir.
Ən təhlükəsizi yeraltı və yerüstü keçidlərdir! Çünki burda piyadanın həyatı üçün heç bir təhlükə yoxdur! Amma piyada zolaqlarından keçərkən bəzi sürücülər onlar yol vermir, hərəkət iştirakçılarının həyatı üçün böyük təhlükə yaradırlar. Hansı ki, uzaqdan piyadanın keçməsi üçün yol nişanı olur.
Təəssüf ki, bayaq dediyimiz kimi bəzi sürücülər piyada zolaqlarında avtomobili saxlamır, hətta yolu keçən adamı vurur. Biz bir neçə dəfə bu zolaqlarda piyadanın vurulmasının şahidi olmuşuq.Bir çox halda isə piyada zolağında avtomobili saxlayıb, piyadaya yol verən sürücünün masınını arxadan gələn avtomobil vurub.
Bu nə deməkdir? Bu, birmənalı olaraq sürücü məsuliyyətsizliyidir. Ona görə də piyadalar bu zolaqlardan keçərkən diqqətli olmalı, sürücünün onu gözlədiyinə tam əmin olandan sonra təyin olunmuş yerdən keçməlidir. Belə olarsa, məsuliyyətsiz sürücülərin təhlükəsindən çıxış yolu tapa biləsiniz!
Emil Faiqoğlu
Digər Xəbərlər
26 Mart 2026 09:00
Xaricdən gətirilən avtomobillər gecikə və bahalaşa bilər - VİDEO
25 Mart 2026 16:11
Bu gündən bəzi avtomobillərin idxalı vergidən və rüsumdan azad edildi
25 Mart 2026 11:21
Proqram təminatı ilə işləyən avtomobillərdə “tələ” - VİDEO
25 Mart 2026 10:34


Bakı -°C

