Bizim məqsədimiz onları cərimə etmək yox, maarifləndirməkdir.

Elə yol-nəqliyyat hadisələri var, onlar piyadaların iştirakı ilə baş verir! Bu isə o deməkdir ki, bəzi insanlar yol hərəkəti qaydalarına əməl etmirlər.
Heç şübhəsiz, piyadaların bu cür davranışı hərəkətin təhlükəsizliyini təmin edən yol polislərinin diqqətindən yayınmır.Əlbəttə, kimsə zəmanət verə bilməz ki, piyadaların iştirakı ilə yol-nəqliyyat hadisələri baş verməyəcək. Ancaq birmənalı olaraq deyə bilərik ki, piyadalar və sürücülər diqqətli olsalar, piyadavurma halları ən azından azala bilər.
Çox təəssüf ki, hər ikisinin günahı üzündən belə hallar qaçılmaz olur. Ona görə də piyadaların təhlükəsizliyini təmin etmək üçün respublika ərazisində zəruri tədbirləri həyata keçirilir. O tədbirlər demək olar ki, Bakıda davamlı olaraq kerçəkləşdirilir. Çünki ölkəmizdə ən çox piyadaların vurulması hadisəsi Bakıda qeydə alınır. Biz belə tədbirlərdə bir jurnalist olaraq çox iştirak etmişik. Artıq neçə gündür ki, piyadaların təhlükəsizliyi ilə bağlı paytaxtımızda yol polisi qabaqlayıcı tədbirlər həyata keçirir." 20 yanvar" dairəsindəki profilaktik tədbirlər zamanı yol polisi tərəfindən saxlanılan piyadalar yol hərəkəti qaydalarını pozmaqlarını müxtəlif bəhanələrlə əlaqələndirirdilər. Bir deyirdi ki, tələsirəm dərsə çatım, müəllim qayıb yazmasın.
Biri deyirdi ki, ayağım ağrayır.Biri də deyirdi ki, tələsirəm ki, həkimə tez çatım. Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqə bölməsinin rəisi, polis kapitanı Toğrul Nəsirli deyir ki, bu cür profilaktik tədbirlərin mütəmadi olaraq keçirilməsinə böyük ehtiyac var. Çünki bəzi piyadalar yeraltı, yerüstü keçidlərdən , eləcə də digər təyin olunmuş yerlərdən keçmir, hərəkətin intensiv olduğu yoldan keçir. Bu isə çox təhkəlidir və hər an piyadanı avtomobil vura bilər.
Elə hadisələrin təhlili və statistikası göstərir ki, hadisələr hərəkət iştirakçısı olan piyadanın məsuliyyətsizliyi üzündən baş verir. Təbii ki, dəfələrlə yol hərəkəti qaydalarını pozan və təyin olunmuş yerlərdən keçməyən piyadalar inzibati məsuliyyətə cəlb edilərək 20 manat məbləğində cərimə olunublar. Amma bizim məqsədimiz onları cərimə etmək deyil, maarifləndirməkdir. Ona görə də bir daha piyadalardan xahiş edirik ki, onlar yol hərəkəti qaydalarını pozmasın, təyin olunmuş yerlərdən keçsin və həyatlarını təhlükə qarşısında qoymasınlar!!!
Emil Faiqoğlu