02 May 2025 09:20
127
ELM VƏ TƏHSİL

Hər adama müəllim demək olmaz...

İndi hər yerindən duran adama  müəllim deyirlər.İnanmırsız?!  Hətta çobana müəllim deyirlər... Naxırçıya müəllim deyirlər... Sürücüyə müəllim deyirlər...Qəssab da müəllim deyirlər...

Bircə müəllimə müəllim deməyə çoxunun çanı çıxır. Bir kimi qardaş var, iki eşşəyin arpasını bölə bilmirlər. Amma bəxtləri gətirib şirkət açıblar və yaxşı da pul qazanırlar. Qazansınlar ey, sağlıqlarına  qismət! Ancaq onlar da işçilərinə deyir ki, qardaşlara müəllim desinlər. Və  müəllim demək istəməyəni işdən qovurlar.

Hansı ki, tərcümeyi-halını yaza bilmirlər. Müəllim adı çox müqəddəsdir, lakin bəzi müəllimlər və cəmiyyətin cahil üzvləri  bu adı hörmətdən salıblar.İnsanlar harda pullu, imkanlı adamlar görürlər ona müəllim deyirlər. Ümumiyyətlə, müəllim sözü müraciət forması olmalı deyil. Bunun üçün dilimizdə kifayət qədər sözlər var:bəy deyə bilərik... yoldaş deyə bilərik... qardaş deyə bilərik... soy adını deyə bilərik... Və rəsmi olsa da , vətəndaş da demək olar...

Təki müəllim adına hörmətlə yanaşaq və hər yerindən duran müəllim deməyək. Yadıma bir hadisə düşdü: bir polis polkovniki deyir ki, qəbuluma gələn vətəndaş mənə  müəllim deyə müraciət edirdi. Bir təhər dözdüm , axırda səbrimi başa bilmədim.

Dedim ki, vətəndaş, müəllim məktəbdə olur. Bura polis idarəsidir, mənə ya rəis de, ya da polkovnik! Hər peşə sahibinə  öz adı ilə müraciət edəndə daha gözəl olur. Və o cümlədən, müəllimə!!!

Emil Faiqoğlu