02 May 2025 16:11
110
ELM VƏ TƏHSİL

Daha 82 nəfərin diplomu tanınmadı

Aprel ayı üzrə 433 müraciətçinin 351-si barədə müsbət qərar verilərək müvafiq şəhadətnamələr təqdim edilib, 82 nəfərin müraciəti isə mənfi qərarla yekunlaşıb.

Adalet.az xəbər verir ki, bu barədə Təhsildə Keyfiyyət Təminatı Agentliyi məlumat yayıb.

Qeyd olunub ki, mənfi qərarla yekunlaşan müraciətlərə nümunə olaraq 63 fakt üzrə tədris yükünü mənimsəmək üçün təhsil alınan ölkənin ərazisində tələb olunan normativdən az olunması, 7 təhsil forması, 3 dövlət nümunəli olmayan diplom, 3 akkreditasiyasız ali təhsil müəssisəsi, 2 bakalavr diplomu üzrə imtina verilmə, 2 tədris yükünü mənimsəmək üçün təhsil alınan ölkənin ərazisində tələb olunan normativdən az olunması və akkreditasiyasız filial, 2 ekvivalenti olmayan ixtisası göstərmək mümkündür.

Ölkələr üzrə Türkiyədən 146, Rusiya 133, Ukrayna 64, Gürcüstan 30, Birləşmiş Krallıq 10, Macarıstan 9, İtaliya 7, Amerika Birləşmiş Ştatları 6, Litva 4, həmçinin Almaniya, Belarus, Çin, Koreyanın hər birindən 3, Polşa 2, Birləşmiş Ərəb Əmirlikləri, İran, İrlandiya, İsveç, Kanada, Rumıniya, Latviya, Malayziya, Misir, Qazaxıstanın hər birindən isə 1 müraciət qeydə alınıb.

Ən çox müraciət olunan ixtisaslara gəlincə, tibb və səhiyyə ixtisasları üzrə 75, biznesin idarə edilməsi üzrə 29, maliyyə üzrə 29, iqtisadiyyat üzrə 25 müraciət qeydə alınıb.