Yediyimiz qidaların çoxu zəhərdi...

Bu gün dünyada ekoloji cəhətdən təmiz və sağlam qida tapmaq çox çətindir.
Ən azından ona görə ki, əksər məhsulların geniş dəyişişdirilb və yüksək məhsuldarlıq əldə etmək, çox pul qazanmaq üçün istehsalçıkar nəyə desən gedirlər. Bu isə birmənalı olaraq müxtələf xəstəliklərin , o cümlədən xərçəngin, diabetin, mədə- bağırsaq, ürək- damar xəstəliklərin yayılmasına şərait yaradır.
Düzgün qidalanma olmayanda , ekoloji cəhətdən təmiz məhsullar qəhətə çıxanda adını çəkdiyimiz xəstəliklər tüğyan edir. Bir faktı qeyd etmək istəyirik ki, ölkəmiz ürək- damar xəstəliyinə görə dünyada öncüllər sırasındadir. Çünki ölkəmizdə xaricdən gətirilən və daxildə istehsal olunan məhsullara yetərincə nəzarət edilmir.
Düzdür, Azərbaycanda Qida Təhlükəsizliyi Agentliyi var və həmin qurumda üzərinə düsən vəzifəni yüksək səviyyədə həyata keçirməkdə acizlik göstərir. Onlar xaricdən gətirilən ərzaq və qida məhsullarını yoxlayarkən qüsurlara yol verir, monopoliya olduğuna görə o malları gətirən oliqarxlardan ehtiyat edirlər. Ən yaxşı halda arxası və köməyi olmayan sahibkarların istehsalat sexlərini və maqazalarını yoxlayır, nöqsanlar üzə çıxarır, ya bağlayır, ya da yüksək məbləğdə cərimə yazırlar. Bunu isə cəmiyyət görür və bilir. Bir sözlə, ölkəmizdə xaricdən gətirilən və daxildə istehsal olunan qida məhsullarına ciddi nəzarət edilməlidir. Bu vəzifələr icra edilməyənə qədər qida təhlükəsizliyindən danışmağa dəyməz!!!
Emil Faiqoğlu
Digər Xəbərlər

Xəstəlik vərəqələri elektron formada veriləcək - BU GÜNDƏN

Səhiyyə Nazirliyi Ağdərədə əhalinin növbəti tibbi müayinələrini təşkil edib - FOTOLAR

Əvəz Zeynallı müalicə üçün Türkiyəyə gedir

Peyvəndlər övladlarımızı və bizi hansı xəstəliklərdən qoruyur? - Aytəkin Qurbanova

Azərbaycanda 11 yoluxucu xəstəliyə qarşı peyvəndləmə aparılır

Tibbi işçilərinin sertifikasiya imtahanlarının sualları dəyişəcək

Sağlam səhər yeməyi üç növ qidadan ibarət olmalıdır
jpg-1741080993jpg-1745833134.jpg)