Adamın dili şirin olsa...
Deyirlər ki, şirin dil ilanı da yuvasından çıxarar. Bu sözləridə böyük həqiqət var.
Və həqiqət də ondan ibarətdir ki, şirindilli insanlar hamı tərəfindən sevilir. Nəyə görə bunu deyirəm! Bizim yaşadığımız Yeni Günəşli qəsəbəsində " D" massivində bir poçt var. Kommunal borcları ödəmək üçün ayda bir dəfə yolum o poçtdan düşür.Xidmət sahələrində bəzən görürsən ki, bu söz soruşursan sən başdangetdi, açı cavab verirlər. Amma bu poçtda abı- hava başqa cürdür.
Çünki uzun müddət burda işləyən Sevinc xanım və Turac xanım çox mədəni, alicənab , şirindil insandır. Bəzən ödəniş edənlərin sayı artır və növbə yaranır. Amma xanımlar insanlarla o qədər mədəni rəftar edir ki, hecadamın ruhu belə incimir. Mən inanmıram ki, kimsə onların xidmətindən narazı qalsın.
Belə ki, Sevinc xanım hər bir insana,"başına dönüm", " qadan alım", "qurban olum",- deyir. Və xidmət etdiyi yerdə elə bir aura yaradır ki, heç kim orda özünü pis hiss etmir.Poçta ödəniş etməyə gələn insanlar isə bu mehriban xanımin onlara doğma münasibət bəsəməsindən heyran qalırlar.Yaşlı bir pensiyaçı Sevinc xanıma yaxınlaşıb ona kömək etməsini istədi.
Dedi ki, hamı pensiyanı alıb, mənim kartımda pul olmadığına görə ala bilməmişm. Sevinc xanım onu diqqətlə dinlədikdən sonra bildirdi ki, " Koroğlu" metrostansiyasının yaxınlığında " Dost" xidməti var, ora müraciət elə, sənə kömək göztərərlər. Onu düzgün istiqamətləndirdiyinə və səmimi münasibətinə görə ağsaqql ona təşəkkür elədi.
Bax xidmət sahələrində Sevinc xanım kimi, Turac xanım kimi mədəni və şirindil insanlar çalışmalıdır ki, əhali onlardan razı qalsın, xoş ovqatla həmin yerlərdən ayrılsınlar!
Emil Faiqoğlu
Digər Xəbərlər
05 Yanvar 2026 12:16
Sabah hava necə olacaq?
05 Yanvar 2026 12:01
İctimai nəqliyyatdan istifadə etməyənlərin balansından niyə pul çıxılır? - AÇIQLAMA
03 Yanvar 2026 17:10
Prezident və ailə üzvləri Şahdağda - FOTOLAR
03 Yanvar 2026 11:30
Leyla Əliyeva Hil kəndindən paylaşım etdi
03 Yanvar 2026 11:25
Bu rayonlarda 20 dərəcəyədək şaxta qeydə alınıb - FAKTİKİ HAVA
02 Yanvar 2026 14:10
DİN əməkdaşları gücləndirilmiş rejimdə xidmətini davam etdirir - FOTOLAR
02 Yanvar 2026 11:37
Bakı-Şamaxı yolunda son vəziyyət - VİDEO
02 Yanvar 2026 10:50


Bakı -°C

