Yol polisi ağır vəziyyətdə olan qadın sürücünü vaxtında xəstəxanaya çatdırdı

Yanvarın 19-da Bakı- Quba avtomobil yolunun Yol Patrul Xidməti Alayının birinci tağımının stasionar postunda özünü pis hiss edən xanım sürücü avtomobili saxlayaraq orda xidmət aparan yol polisi əməkdaşlarından kömək istəyib.
Birinci tağımın əməkdaşları, polis baş leytenantı Vasif Mirzəyev və polis baş serjantı Şükür İsgəndərov qan təzyiqi qalxmış qadını YP 99- 994 nömrəli xidməti avtomobilə əyləşdirərək Sumqayıt Şəhər Təcili Tibbi Yardım xəstəxanasına çatdırıblar. Yol polisi əməkdaşları onu xərəkdə palataya qədər aparıb və son ana qədər xəstənin yanında olublar.
Həkimlər onu müayinə edib, təzyiqin ölçüb lazımi tibbi müdaxiləni vaxtında həyata keçiriblər və bundan sonra xəstə özünü yaxşı hiss edib, evinə yola salınıb. Xəstənin həyat yoldaşı Nəriman Abbasov həyat yoldaşına göstərdiyi köməkliyə görə, hər iki yol polisinə təşəkkür etməklə yanaşı, Daxili İşlər Naziri, general - polkovnik cənab Vilayət Eyvazova və Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, general- mayor cənab Ramiz Zeynalova öz təşəkkürünü bildirir.
O deyir ki, mənim həyat yoldaşımı yol polisləri vaxtında xəstəxanaya çatdırmasaydı, çətin ki, həkimlər onu sağalda bilərdilər. Biz xalqına belə sevgi ilə yanaşan və ona gömək edən polislərimizlə fəxr edirik və deyirik: Allah Azərbaycan Polisini qorusun!
Emil Faiqoğlu
Digər Xəbərlər

Şuşada külli miqdarda silah-sursat aşkarlandı - BİRGƏ MƏLUMAT - VİDEO

Kişinin "tok" vurması nəticəsində ölməsi ilə bağlı araşdırma aparılır

Sabah Bakıda yağış yağacaq

Partlayış səsləri eşidiləcək - Xəbərdarlıq

Xankəndidə erməni təxribata belə HAZIRLAŞIB - VİDEO

Sumqayıtda xəstəxana həyətindən 8 aylıq insan dölü TAPILDI

Xankəndində erməni əsilli sakin terrora cəhd edib: POLİSƏ QUMBARA ATDI
