Yanğın zamanı yol polisi tıxacın qarşısın aldı
Oktyabrın 31- i axşam saatlarında Xırdalandakı " Gənclər" şəhərciyində yanğın baş verib.
Yanğın söndürən maşınların , eləcə də təcili tibbi yardım avtomobillərinin hadisə yerinə vaxtında çatması üçün Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının birinci tağımının əməkdaşları axşam saatlarında Bakı- Quba avtomobil yolunda hərəkətin təhlükəsizliyini yüksək səviyyədə təmin edib.
Belə ki, həmin yolda axşam saatlarında bir qayda olaraq tıxaclar yaranır. Amma həmin axşam yanğın baş verərkən operativ xidmət maşınlarının hadisə yerinə vaxtında çatması üçün yol polisi bütün təhlükəsizlik tədbirlərini vaxtında həyata keçirib. Belə ki, yolda hərəkət tənzimlənib, tıxacın yaranmasına imkan verilməyib.
Yanğın yol polisinin köməkliyi ilə vaxtında söndürülüb. Hadisə yerinə Fövqəladə Hallar Hallar naziri Kəmaləddin Heydərov da gəlib.Bir sözlə, Yol Patrul Xidməti Alayının birinci tağımının əməkdaşları öz üzərlərinə düşən vəzifəni yüksək peşəkarlıqla yerinə yetiriblər.
Emil Faiqoğlu
Digər Xəbərlər
12 Sentyabr 2026 17:41
Sabiq nazir vəfat etdi
12 Sentyabr 2026 16:13
Avtoxuliqanlıq edən motosiklet sürücüsü həbs olundu
12 Sentyabr 2026 11:16
Ötmə qaydasını pozdu, sərnişin öldü - BDYPİ-dən xəbərdarlıq - VİDEO
12 Sentyabr 2026 10:24
45 nəfər saxlanıldı
12 Sentyabr 2026 10:04
Azərbaycanlı bacı-qardaş Rusiyada faciəli şəkildə öldü - VİDEO
12 Sentyabr 2026 10:01
Ağdərədə atla minaya düşən şəxs DANIŞDI - VİDEO
11 Sentyabr 2026 18:37
Son bir həftədə yaşıllıqlara 43 min manatdan çox ziyan vurulub
11 Sentyabr 2026 11:23


Bakı -°C

