50 nömrəli marşrut nə vaxt düzələcək?
Bakıda çoxlu sayda marşrutlar var. Onların nümunəvi yaxşı işləyənləri də , var, pis fəaliyyət göstərənləri də!
Yəqin ki, buna kimlərinsə, şübhəsi olmaz! Ancaq Bakıda elə marşrutlar var ki, sərnişinləri lap boğaza yığıb. Camaatı təngə gətirən marşrutlardan bəlkə də birincisi metronun " Neftçilər" stansiyasının yaxınlığından Yeni Günəşliyə hərəkət edən 50 nömrəli avtobuslardır.
Həmin marşrutda davamlı olaraq sürücülərin intizamsızlığı, mədəniyyətsizliyi ilə üzləşmək olur. Onları. əksəriyyəti avtobusu dayanacaqdan kənarda saxlayır, telefonla danışır, siqaret çəkir, nəqliyyat vasitəsini qapısıaçıq idarə edir və hətta digər avtomobillərlə ötüşür. Sərnişinlər çoxlu sayda narazılıq etdiyinə baxmayaraq, heç bir nöqsan düzəlmir.
Tənqidi yazılara isə marşrutun sahibi əhəmiyyət vermir, əksinə vəziyyət bir qədər pisləşir. Son vaxtlar bu marşruta gənc sürücülər işə qəbul edilib, amma onlar da qanunlara əməl etmirlər. Heç belə getsə, 50 nömrəli marşrutda mövcud nöqsanlar düzələn də deyil!
Emil Faiqoğlu
Digər Xəbərlər
22 Sentyabr 2026 14:24
Azərbaycanda alüminium istehsalı 100 min tona çatdırılmalıdır
22 Sentyabr 2026 12:47
Leyla Əliyevanın təşəbbüsü ilə Bilgəhdə sahilyanı təmizlik aksiyası keçirilib
22 Sentyabr 2026 12:14
Ağdam-Xankəndi dəmiryol xəttinin bərpası davam edir - VİDEO
22 Sentyabr 2026 11:35


Bakı -°C

