Tez-tez piyadalar vurulur...

Yeni Günəşli yaşayış sahəsinin " D" massivində bir yol var- avtomobil yolu, daha doğrusu, " Ballı " marketin yanındakı yol.
Bu yolda avtomobillər çox yüksək sürətlə hərəkət edir. Yolun bu üzündə " Ballı" marketdir, o yanda isə " Bərəkət" yerləşir. Bax piyadalar da tez- tez yolu gah o tərəfə, gah da bu tərəfə keçməli olurlar. Həmin yerdə isə piyada zolağı yoxdur. Piyada zolağı yüz metr aralıdır. Ordanda, heç piyadalar istifadə etmirlər. Və piyadalar ən çox adını çəkdiyimiz marketin qarşısından yolu keçirlər.
Qoca , xəstə və uşaqlara bəzi nəqliyyat vasitələrinin sürücüləri şərait yaradır ki, yolu keçsinlər, amma hər sürücü də onlara yol vermir, çünki orda piyada zolağı yoxdur.Ona görə də burda tez- tez piyadavurma hadisələri baş verir.
Bunun qarşısını almaq üçünsə, əlaqədardır qurumlar bu günə kimi heç bir tədbir görmür.Ancaq söz verir, amma onu yerinə yetirmirlər. Təhlükəli vəziyyətsə, qalmaqdadır.Görünür, belə getsə, həmin küçədə piyadaları hələ çox təhlükə gözləyəcək!
Emil Faiqoğlu
Digər Xəbərlər

Şuşada külli miqdarda silah-sursat aşkarlandı - BİRGƏ MƏLUMAT - VİDEO

Kişinin "tok" vurması nəticəsində ölməsi ilə bağlı araşdırma aparılır

Sabah Bakıda yağış yağacaq

Partlayış səsləri eşidiləcək - Xəbərdarlıq

Xankəndidə erməni təxribata belə HAZIRLAŞIB - VİDEO

Sumqayıtda xəstəxana həyətindən 8 aylıq insan dölü TAPILDI

Xankəndində erməni əsilli sakin terrora cəhd edib: POLİSƏ QUMBARA ATDI
