17 Sentyabr 2024 16:41
652
AVTOMABİL

Qəza təhlükəsi aradan qaldırılır...  

Respublikanın avtomobil yollarında hərəkətin təhlükəsizliyinin təmin edilməsi üçün yol polisi davamlı olaraq tədbirlər görür.

Təbii ki, bu addımın atılması hərəkət iştirakçılarının hər birinin mənzil başına sağ- salamat catmasına xidmət edir. Demək olar ki, Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayı bu vəzifənin öhdəsindən layiqincə gəlir. Alayın 12- çi tağımın əməkdaşları Hacıqabul - Horadiz avtomobil yolunda bir qayda olaraq   öz üzərlərinə düsən vəzifəni  məsuliyyət icra edirlər. Elə bunun nəticəsidir ki, həmin istiqamətdə ölümlə nəticələnən qəzalar azalıb.

Çünki sutkanın 24 saatını əməkdaşlar  var  qüvvə ilə çalışırlar. Onlar kobud qayda pozuntularına qarşı daha ciddi mübarizə aparır, hərəkət iştirakçılarını maarifləndirir, onlara səmimi söhbətlər edirlər. Və bu da istər- istəməz öz müsbət nəticəsini vermiş olur. 12- çi tağımın komandiri, polis mayoru Namiq Əzizov deyir ki, əməkdaşlarımız bir qayda olaraq tapşırılan işlərə məsuliyyətlə yanaşır, baş verə biləcək qəzaların qarşısını almaq üçün qabaqlayıcı tədbirlər görürlər.  

Qəza ehtimalı olan yerlərə , sərt döngələrə hərəkətin təhlükəsizliyini təmin etmək üçün əlavə naryadlar göndəririk. Rayonlarımızın işğaldan azad olunması Hacıqabul - Horadiz avtomobil yolunda hərəkətin intensivliyini artırıb.Bu isə o deməkdir ki, sürücülər daha diqqətli olmalı, yol hərəkəti qaydalarına hamılıqla riayət etməlidir. Sözsüz ki, yol polisi də bu işdə həmişə onlara kömək edəcək!

Emil Faiqoğlu