adalet.az header logo
  • Bakı 23°C
  • USD 1.7
17 Mart 2024 19:53
1950
ELM VƏ TƏHSİL

Dekan tələbələrlə rəqs etdi

Son vaxtlar Sumqayıt Dövlət universitetində böyük islahatlar  həyata keçirirlir.

Yeni rektorun  fəaliyyətə başlaması ilə bu ali məktəbdə qısa zamanda çox dəyişikliklər baş verib. Rektor gənc olduğu üçün  vəzifəyə də istedadlı və ədalətli gəncləri gətirib. Təbii ki, bu gənclər də onlara göstərilən  etimadı zaman- zaman doğrdurlar! Bugünlərdə sosial şəbəkədə universitetlə bağlı bir video paylaşılıb! Həmin görüntüyə baxanda bir daha  indi vəzifəyə təyin olunan gənclərin nə qədər sadə və səmimi olduğunu hiss edirsən!  Belə ki, bayram münasibətilə universitetdə təşkil olunmuş konsertdə dekan tələbələrlə bir yerdə  rəqs edir.

Tələbələr dekanlarını dövrəyə alır və gözəl rəqs edirlər.  Bax dekan- tələbə münasibətlərində bu gözəl bir addımdır. Dekan tələbəyə öz əzizi kimi yanaşir, tələbə də  dekana!Müasir düşünə tərzi, sivil münasibətlər ali məktəblərdə  əsas tendensiya olmalıdır.  Bax bu cür səmimi münasibətlərlə tələbələrin ürəyin fəth etmək, müəllim- tələbə davranışında yeni bir yol, çığır açmaq olar! Bu mənada  Sumqayıt Dövlət Universitetindəki  yeniliklər bir çox ali məktəblərə  nümunə sayıla bilər!

Emil Faiqoğlu