adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
17 Mart 2024 19:51
1714
MƏMLƏKƏT

 Tikintidən beton tökülür...

Ötən saylarımızın birində bu başlıqda" Hər an ölüm"  adlı yazı  qələmə almışdıq. Yazıda  Yeni Günəşli yaşayış sahəsinin "D" massivində, daha dəqiq, "Fatimeyi-Zəhra" məscid inin yanında  ucaldılan iki 17 mərtəbəli binanın tikintisi zamanı baş verən qanunsuzluqlardan , özbaşınalıqlardan və təhlükəsizlik qaydalarının pozulmasından söhbət açmışdiq!

Çox təəssüf ki, əlaqədar qurumlar   Mənzil Tikinti  Kooperativinin qanunsuz işlərinə göz yumur,  mövcud nöqasnları aradanqaldırılması üçün tikinti təşkilatına yetərincə təsir göstərə bilmir,nəticədə vəziyyət daha da mürəkkəbləşir. Redaksiyamıza daxil olan məlumata görə, tikinti zamanı təhlükəsizlik qaydalarına əməl edilmədiyi üçün  bir fəhlə yüksəklikdən  yıxılıb və ölüb.

Rayonların birindən çörək qazanmağa gələn bir insan  tikinti təşkilatının günahı üzündən belə faciəvi həyat yaşayıb.Onun ölümünə səbəb olan adamlar isə sudan quru çıxıb və adamın qanı belə batıb. Çünki o binanı tikənlər çox arxalı adamlardır. Onlar üçün insan taleyi bir o qədər də  önəmli deyil.Mənzil Tikinti Kooperativi yaxınlıqdakı  tikinti mağazası üçün də böyük təhlükələr törədir. Belə ki,bir neçə dəfə yüksək mərtəbədən düşən beton parçası mağazanın damına düşüb və oranı deşib içəri girib.

Xöşbəxtlikdən həmin vaxt orada adam olmayıb, əks -təqdirdə ölüm hadisəsi baş  verərdi! Eyni zamanda tikinti materialları  tez- tez  yola da düsür. Artıq insanlar təhlükəni hiss edib , yaxınlıqdan keçmirlər. Bir neçə gün  əvvəl beton tökülərkən  həmin beton palçıqları  insanların gedib- gəldiyi yola tökülüb.  Bir sözlə,  bu Tikinti Kooperativi hələ bundan sonra da  camaatın başına çox oyunlar açacaq.Çünki onların qanunsuz işlərinin qarşısı   vaxtında alınmır!!!

Emil Faiqoğlu