adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
07 Mart 2024 13:51
2597
ELM VƏ TƏHSİL

Bu gün Abşeron təhsili məşəl kimi işıq saçır

Qadın zərif çiçəkdir; onun təravətində bir həyat naxışı boya tutur. İllər o təravəti ana məhəbbəti ilə süsləyir, zaman ucalıq əzmi ilə. Buna görə qadın həmişə hər evdə işıq kimi təcəssüm tapır...

Dünya qadınları illər əvvəl məhz bu fəlsəfi mənanı qloballaşdırmaq üçün kütləvi tətillə qadın birliyinə zəmin yaratdılar–həmin gün tarixə qadın həmrəyliyi kimi daxil oldu...

Ölkəmizdə də qadın həmrəyliyi böyük vüsətdir; neçə onillərdir Azərbaycan qadınları hər ilin mart ayında o coşqun anın sevincini yaşayır...  

Azərbaycan qadınının həyat eşqini özündə ifadə edən 8 Mart bir bayram kimi bu gün də öz səciyyəsini xoş məramla xarakterizə edir. Biz də o xoş anın təbəssümünü daim öz çöhrələrimizdə tuturuq. 

Abşeron Xızı Regional Təhsil idarəsinin müdiri İlhamə Abdullayeva da əzəmətli bir qadın kimi həyata, cəmiyyətə dürüst istiqamətlər verir, aid olduğu sahənin bilicisi kimi dövlətçilik işində maksimum fərqlənir. Onun məktəb direktorlarına, direktor müavinlərinə, müəllimlərə diqqət və qayğısı günün reallığı kimi təzahür edir. Mütəmadi yığıncaqlarda, açıq dərslərdə öz dəyərli məsləhətlərini əsirgəmir. Əvvəlki çatışmamazlıqları səbr və təmkinlə aradan qaldırır. Bunun nəticəsidir ki, Abşeron rayon təhsilində bir çox müsbət dəyişikliklər edib, cəmiyyət rayon təhsili haqda müsbət fikir ifadə edir. Üstəlik, İlhamə xanım rayonu əhatə edən bütün təhsil işçilərini diqqətlə dinləyir, problemlərin həllinə kömək olur. Həmçinin, mütəmadi olaraq şəhid ailələri, valideynlər və onların övladları ilə görüşür, onları tədbirlərə dəvət edir, qayğılarına qalır. 

Müəllim adının, müəllim nüfuzunun şərəfini qoruyan, Abşeron təhsilini məşəl kimi öndə aparan Abşeron-Xızı Regional Təhsil idarəsinin müdiri İlhamə xanım Abdullayevanı, onun timsalında bütün xanımlarımızı, şəhid analarını, qadın müəllimlərimizi səmimi qəlbdən təbrik edir, can sağlığı, işlərində uğurlar  arzulayırıq. İnanırıq ki, Abşeron təhsili İlhamə xanımın rəhbərliyi altında gələcək illərdə də öndə məşəl kimi işıq saçacaq.

Elnurə İsgəndərova,
Abşeron rayon Xırdalan 10 nömrəli tam orta məktəbin direktor müavini