adalet.az header logo
  • Bakı 23°C
  • USD 1.7
05 Mart 2024 15:59
4366
MEDİA

Ay can, ay can!  

 İndi  çox adam qəzet oxumur.

Və bir də kimsə özunə əziyyət verib, köskdə  qəzet almır, pulu da cibində qalır.

Elə kompüterdə internetə girib istənilən qəzetin elektron variantını  oxumaq mümkündür. İndi nadir halda görürsən ki, metroda, avtobusda qəzet oxuyan var!

Ona insanlar qəribə baxırlar və beyinlərindən keçirirlər ki, bu dəliyə bax ey, qəzet oxuyur. Amma o " dəli" ən ağıllı adamdı.Çünki qəzet oxuyur!   Və bir  də axı, qəzetlər hörmətdən düşüb, sosial şəbəkələr, saytlar hörmətə minib.

Hətta onlarla müqayisədə  televiziyalar da geridə qalır. Ay kişinin oğlu, bir qəzetin 2 min, uzaqbaşı 5 min trajı ola və onun da yarısı satılmaya o qəzet kimə lazımdı. Bax burada  qəzet sahibləri günahkar deyil ha . Günahkar onu gözdən salanlar və bir də bataqlıq içində olan cəmiyyətdir! Ona görə  də onların beynindən bu  fikir keçir:" Qəzetlər hörmətdən düşdü, ay can, ay can!"

Emil Faiqoğlu