Biz ali təhsilə görə niyə Gürcüstandan, Ermənistandan geridə qalırıq?!
Sovet dönəmi ilə müqayisədə bu gün ölkəmizdə ali təhsil almış insanların sayı xeyli çoxdu.
Amma yenə biz ali təhsildə görə, Gürcüstandan və Ermənistandan geri qalırıq! Bunun da bir çox səbəbləri var! Ən başlıca səbəbi odur ki, həmin ölkələrlə müqayisədə bizdə tələbə qəbulu azdır! Deməli, öncə o qəbulu artıqmaq lazımdır. Bu məsələlər isə hökumət tərəfindən həll edilir. Təhsil eksperti Səməndər Məmmədov deyir ki, tələbə qəbulunu artırmaqla da problemi tamamilə həll etmək mümkün deyil. Öncə tələbələrə ali məktəblər diplom deyil, savad verməlidir.
Ancaq bizdə bəzi ali məktəblərdə hələ də müyyən nöqsanlar var. Bax öncə biz o neqativ halları aradan qaldırmalıyiq! Və savadlı , elmli cəmiyyətdə yaşamaqsa daha rahat olur, ağır cinayətlər azalır, eyni zamanda ali təhsillilərin çoxluğu istər- istəməz qaranlığa işiq salır! Bir də qəbul imtahanı zamanı suallar asanlaşdırılmalı və sadələşdirilməlidir! Bax bundan sonra müyyən nəticələr qazanmaq olar!
Emil Faiqoğlu
Digər Xəbərlər
12 Sentyabr 2026 15:00
Birinci sinfə elektron qəbul yenidən aktivləşir
11 Sentyabr 2026 16:35
2026-2027-ci il tədris ili üzrə təhsil işçilərinin sentyabr konfransı keçirilib
11 Sentyabr 2026 11:05
Bağça müəllimləri ilin sonunadək sertifikasiyadan keçiriləcək
10 Sentyabr 2026 17:47


Bakı -°C

