adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
12 Fevral 2024 13:36
4303
AVTOMABİL

Sürücülər yuxulayırsa...  

Heç kimə sirr deyil ki,  bəzi sürücülər sükan arxasında yuxulayır, bu vaxt idarəetməni itirir və ağır qəzalar törədırlər.

Təbii ki, bu hadisələr zamanı ölən  və xəsarət alanlar olur! Ona görə də Baş Dövlət Yol Polisi  İdarəsinin  Yol Patrul Xidməti  Alayı respublika  əhəmiyyətli avtomobil yollarında belə qayda pozuntularına qarşı mübarizənı son vaxtlar daha da gücləndirıb.

 Yol Patrul Xidməti Alayının  12-ci tağımının  xidmət apardığı  Haçıqabul-Horadiz avtomobil yolunda   belə sürücülərə qarşı qabaqlayıçı tədbirlər  görülür. Tağımın stasionar  postunda  yol  polisi tərəfindən  sürücülər  saxlanılır, onlara sükan arxasında diqqətli olmaq tövsiyə edilir, yorularkən avtomobili saxlayıb, lap postun yaxınlığında dincəlməyi nəzərlərini çatdırırlar.

Aydındır ki, bu cür qabaqlayıçı tədbirlər mövcud nöqsanları aradan qaldırır. 12- çi tağımın komandiri Namiq Əzizov bizimlə söhbətində bildirdi ki,  görülmüs profilaktik tədbirlər nəticəsində  sükan arxasında yatan  sürücülərlə bağlı qəzalar əsaslı surətdə azalıb. Sərt dönglərdə və digər qəza ehtimalı olan yerlərə əlavə naryadlar göndəririk! Bir daha sürücülərdən  xahiş edirik ki, yorğun halda sükan arxasında əyləşməsinlər və sərt döngələrdə diqqətli olsunlar!    

Ona görə də sürücülər yol polisinin bu xəbərdarlıqlarını nəzərə almalı  və   qaydalar əməl etməlidir. Əgər elə olarsa, onlar sükan arxasında yuxulayıb , ölümlə nəticələnən  ağır qəzalar törətməzlər!

Emil Faiqoğlu