“1-ci Yerli İstehsalat və İstehsal Texnologiyaları” sərgisinin yekunlarına həsr olunan tədbir

7-9 dekabr tarixlərində Bakı İdman sarayında təşkil olunan “1-ci Yerli İstehsalat və İstehsal Texnologiyaları” sərgisinin yekunlarına həsr olunan axşam ziyafəti baş tutub.
Tədbirdə rəsmi qonaqlarla yanaşı sərgi iştirakçısı olan sahibkarlar və şirkət nümayəndələri iştirak edib. Rəsmilərin çıxışları, tərəfdaş və sponsorların mükafatlandırılması ilə başlayan tədbir bədii hissədə möhtəşəm şou proqramla davam edib.
KOBİA-nın İdarə Heyəti sədrinin 1-ci müavini Natiq Həsənov, millət vəkili Vüqar İskəndərov, Marsol Group və İCMA-nın İdarə Heyətinin sədri Tural Mustafayev, Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyəti sədrinin müavini Eldar Həmidov, KOBİA yanında İctimai Şuranın sədri, Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri, eyni zamanda sahibkar Fərhad Qaraşov sərgilə bağlı öz təəssüratlarını bölüşüb, bu tip sərgilərin mahiyyətindən danışıb və yerli istehsalatın önəmi ilə bağlı fikirlərini bildiriblər.
Sonda isə sərginin "Ən Kreativ" və "Ən yaxşı stend dizaynı" nominasiyasına layiq görülən şirkətlərə plaketlər təqdim olunub. Belə ki, sərginin “Ən kreativ stendi” nominasiyasına Arsi Group, “Ən yaxşı stend dizaynı” nominasiyasına isə Dekoriza şirkəti layiq görülüb.
Qeyd edək ki, İqtisadiyyat Nazirliyinin dəstəyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi - KOBİA və “Marsol Group”un birgə təşkilatçılığı, “Arenol GROUP”un baş sponsorluğu, “Fenstar”ın sponsorluğu, “Vien Group”un tərəfdaşlığı, “Moon Group”un promo tərəfdaşlığı və “BHB Strategic & Creative Co.” şirkətinin media tərəfdaşlığı ilə 3 gün davam edən sərgidə 100-ə yaxın yerli şirkətin məhsulları nümayiş olunub.
Sərgiyə “İş adamları Cəmiyyətinin Milli Assosiasiyası” İctimai Birliyi, Dövlət Məşğulluq Agentliyi, Sahibkarlığın İnkişafı Fondu, Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası və Kapital Bank da dəstək göstərib.
Digər Xəbərlər

Türkiyə Suriyaya qaz nəql edəcək

Yasamalda küçə ticarətinə göy yumurlar...

Daha 55 nəqliyyat vasitəsi hərraca çıxarılacaq

"Qarabağın bərpasına 18 milyard manatdan çox vəsait ayrılıb" - Deputat

4 ayda vətəndaşlara 56 milyon manata yaxın ƏDV geri qaytarılıb

Türkiyə turizmdən rekord məbləğdə gəlir əldə etdi- FOTOLAR

Pensiya kapitalından necə istifadə etmək olar? - AÇIQLAMA
