06 Dekabr 2023 20:40
1229
MƏMLƏKƏT

8-ci Kilometr bazarı sökülməyəcək

Bir həftədən çoxdur ki, ölkə mətbuatında  8-ci  Kilometr bazarının  söküləcəyi ilə bağlı xəbərlər yayılar.

Bu xəbərlər isə həm əhalini,həm də bazarda çalışanları çox narahat edir. Çünki bu bazar Bakıda məhsulların ən ucuz satıldığı   yerdir və üstəlikdə burada 5 mindən çox insan işləyir. El dilində demiş olsaq,  bazardan  15 mindən çox insan dolanır və çörək yeyir.

Deməli, bu bazar sadə insanlar üçün həddindən artıq sərfəlidir! Amma görünur, bəzi oliqarxların bazara gözü düşüb və onu uzun illərdir işlədən iş adamlarının əllərindən almaq istəyirlər. Axı bizdə adətdir kiminsə əlindən halal obyektini  almaq. Ala bilməyəndə də ya ona " torba tikirlər, ya da obyekti yandırırlar.

Məgər elə hadisələr azmı olub? 8-ci Kilometr bazarı dəfələr yandırılıb və onun yanındakı  məşhur ticarət mərkəzi də iki il bundan əvvəl müəmmalî şəkildə  yandirıldı!  Buradan belə məntiqi nəticə çıxır ki, bu bazarda istənilən vaxt gözəgörünməz  qûvvələr tərəfindən  yandırıla bilər.  Mötəbər mənbədən  aldığımız məlumata görə, kənd təsərrüfatı məhsullarının  satıldığı 8-ci Kilometr bazarı nə söküləcək, nə də  satılacaq və burada heç nə dəyişməyəcək.  

Bu barədə satıçlar da maarifləndirilib. Sadəcə olaraq bəzi maraqlı qüvvələr bu şaiyələrı yaymaqla kimlərinsə dəyirmanına su tökür, orada çalışan və evlərinə  çörək aparan minlərlə  insanın əsəbləri ilə  oynayır, onların qanını qaraldırlar!

Emil Faiqoğlu