“Siz beyninizdə olanlarla müəyyənləşirsiniz” - Oshonun aforizmləri
Adalet.az Oshonun aforizmlərini təqdim edir:
Budda kimi şəxs “ürək” deyərkən varlığınızın mərkəzini nəzərdə tutur. Onun anlamına görə sizin sevginiz, nifrətiniz, hər şey, beyindən qaynaqlanır. Məncə, bu da çox elmi anlamadır. Psixoloqlar da onunla razılaşarlar.
Bunu özünüz sınaqdan keçirə builərsiniz.
Qəzbinizin haradan qaynaqlandığını görə bilərsiniz-o, beyindən qaynaqlanır. Emosiyalarınızın ilk mənbəyini görə bilərsiniz-bu mənbə, beyindir.
Beyin böyük bir fenomendir.
O, konseptual düşüncənizi əhadə edir.
O, emosiyalarınızı, hisslərinizi əhadə edir.
***
Birdəfəlik başa düşməlisiniz ki, emosiyalarınızı sizin başınızın içindədir.
Amma şüurunuz başın içində deyil. Faktiki olaraq, başınız şüurun içindədir!
Şüur sonsuzdur, ucu-bucağı görünmür.
Emosiyalar, arzular, istəklər, həvəs-hamısı başınızın içindədir.
Gec-tez onlar “quruyuacaq”. Amma hətta başınız torpağın altında tamamilə yox olandan sonra da şüurunuz yox olmayacaq. Şüurunuzu saxlamırsınız, şüur sizi saxlayır; o sizdən çox böyükdür.
***
Bu tamamilə doğrudur.
Emosiyalarınız, doğrularınız, fikirləriniz-beynin bütün “ləvazimatları”-çöldən gəlir; Bunlar hamısı bayırdan idarə olunur. Bu
artıq elmi baxımdan da aydınlaşıb.
Ancaq heç bir elmi araşdırma aparmadan da mistiklər min illər boyunca elə eyni fikri söyləyirdilər, yəni beyninizi dolduran nə varsa sizin özünüzün deyil, beyninizdən kənardadır.
***
Siz beyninizdə olanlarla müəyyənləşirsiniz. Yeganə günah da budur.
Beyin fikirləşəndir.
Ürək isə həmin beynin duya bilən başqa bir hissəsidir.
Duyum və düşüncə...
Fikirlər və emosiyalar...
Amma şahidlik edən hər kəs ikisindən ayrıdır.
Siz fikirləşərkən müşahidəçi müşahidə edib izləyir. Fikir onun yanından ötüb keçir, siz acıqlanırsınız-şahidi sakitcə müşahidə edir. Emosiya ötüb keçir, lap buludlar ötüb keçən kimi, siz onları görürsünüz.
Siz nə yaxşısınız, nə də pis...
Siz nə xoşagələnsiniz, nə də xoşagəlməz...
Siz nə fikirsiniz, nə də emosiya...
Siz nə beyinsiniz, nə də ürək...
Hazırladı: Vasif Əlihüseyn
Digər Xəbərlər
26 Dekabr 2025 10:10
Buryatlar: Baykal gölünün sahiblərı - (VI yazı)
24 Dekabr 2025 13:01
Günün Lətifəsi
23 Dekabr 2025 12:20
Rusiyalı alimlər azərbaycanlılarda xüsusi genlər aşkar etdi
22 Dekabr 2025 09:00
Yakutlar: Şimalın türk ruhu,buz altındakı xəzinə... (V yazı)
18 Dekabr 2025 11:49
“Shokki Mokki” “Məktəbim” layihəsinə dəstəyini davam etdirir
18 Dekabr 2025 10:02
Boz Qurda sadiq xristian qaqauzlar - (IV yazı)
15 Dekabr 2025 11:23
Xakaslar: Cənubi Sibir türkləri, şaman ənənəsinin davamçıları - (III yazı)
12 Dekabr 2025 17:50


Bakı -°C

