09 Noyabr 2023 19:06
13886
LAYİHƏ

Cəmşid Naxçıvanski adına Hərbi liseyə ekskursiyası təşkil olunub

Cəmiyyətin və Medianın İnkişafı” İctimai Birliyinin həyata keçirdiyi “Heydər Əliyev irsinin gənc nəsil arasında təbliği” adlı layihə çərçivəsində bir qrup məktəblinin Cəmşid Naxçıvanski adına Hərbi liseyə ekskursiyası təşkil olunub.  

Adalet.az xəbər verir ki, ekskursiyada Xətai rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quliyev, Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə, Hərbi liseyin rəisi Rəşad İbrahimov, paytaxt məktəbləriniin 100-dən çox şagird və müəllimi iştirak edib. Ekskursiya zamanı şagirdlər kursantların məişət şəraiti, sağlamlığı və qidalanması ilə tanış olub, fiziki hazırlıq və tədris məşğələlərində də iştirak ediblər. Atəş hazırlığı sinfində şagirdlərə silahla davranış və atış qaydaları göstərilib. Tanışlıq zamanı diqqətə çatdırılıb ki, mövcud imkanlardan səmərəli istifadə edən müəllim-zabit heyəti bilikli, vətənpərvər, sağlam və əqidəli hərbçilərin yetişdirilməsində əllərindən gələni əsirgəmirlər. Qeyd olunub ki, liseydə dərslərlə yanaşı, müxtəlif olimpiada və yarışlar da təşkil edilir, kursantların Naxçıvan Muxtar  Respublikasında keçirilən tədbir və yarışlarda iştirakı təmin olunur. Bütün bunların nəticəsidir ki, Heydər Əliyev adına Hərbi Liseyin uğurları ildən-ilə artır, ali hərbi məktəb və akademiyalara qəbul olunan kursantların sayı çoxalır. Daha sonra şagirdlər kursantlarla birlikdə nahar ediblər. Tədbir konsert proqramı ilə başa çatıb.  Xatırladaq ki, Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 29 sentyabr 2022-ci il tarixli Sərəncamına əsasən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi “Heydər Əliyev İli”nə həsr olunan qrant müsabiqəsi elan edib.